Bu ilin ikinci rübündə Laçın şəhərinə, Zabux və Sus kəndlərinə, həmçinin Şuşa şəhərinə 1400-dən artıq ailənin qayıdışı baş tutacaq.

Qayıdışın tez bir zamanda reallaşması üçün işğaldan azad olunmuş bütün ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri gedir.

Aparılan sorğular nəticəsində məlum olub ki, məcburi köçkünlərin mütləq əksəriyyəti öz doğma yurdlarına qayıtmaq istəyir.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən Ölkə.az-a bildirilib ki, məcburi köçkünlərin fərdi məlumatları, məşğulluq imkanları öyrənilir, əldə edilmiş məlumatlar Dövlət Komitəsinin vahid elektron-məlumat bazasına daxil edilir:

"Ermənistanın işğal dövründə qeyri-qanuni məskunlaşdırma apardığı Laçın şəhəri, Zabux və Sus kəndləri boşadıldıqdan sonra, dövlətimizin başçısının tapşırığına əsasən, keçmiş məcburi köçkünlərin həmin yaşayış məntəqələrinə qayıdışa hazırlanması Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin qarşısında mühüm vəzifə kimi qoyulub. Bu vəzifələrin icrası üzrə işlər Dövlət Komitəsinin gündəlik fəaliyyətinin mühüm tərkib hissəsidir.

Tapşırığın icrası ilə əlaqədar olaraq, Dövlət Komitəsi respublikanın müxtəlif bölgələrində müvəqqəti məskunlaşmış Laçın şəhəri, həmçinin Zabux və Sus kəndləri sakinləri arasında sorğu keçirib, doğma yurda qayıdacaq ailələrin sayının dəqiqləşdirilməsi, onların sosial vəziyyətinin və məşğulluq imkanlarının qiymətləndirilməsi üçün zəruri tədbirlər görür, əhali arasında məlumatlandırma, təbliğat işləri aparır, köçürülmənin texniki-təşkilati məsələləri ilə məşğul olur.

Laçın şəhər, Zabux və Sus kənd sakinlərinin doğma yurda qayıdışı ilə bağlı komitə əməkdaşları tərəfindən keçirilən sorğu başa çatıb, kənd sakinlərinin böyük əksəriyyəti qayıtmaq niyyətində olduqlarını bildiriblər.

2023-cü ildə Laçın rayonun ilk sakinlərinin qayıdışı təmin ediləcək. Laçın şəhərinə 500 ailə, Zabux kəndinə 223, Sus kəndinə 73 ailənin qayıdışı həyata keçiriləcək. Bundan əlavə 450 ailə Şuşaya, 113 ailə isə Zəngilan rayonunun Ağalı kəndinə köçürüləcək. Köçürülmə mərhələli şəkildə icra ediləcək".

Məlumat üçün bildirək ki, işğaldan azad edilmiş ərazilərdə məskunlaşmaq istəyən vətəndaşlar bunun üçün ərizə ilə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə müraciət etməli və hansı rayonda yaşamaq istədiyini bildirməlidir. Məcburi köçkünlərlə yanaşı digər şəxslər də Qarabağda yaşamaq üçün ərizə verə bilərlər. Bərpa və qurucluuq işləri tamamlandıqdan sonra mərhələli şəkildə insanların həmin ərazilərə yerləşdirilməsi baş tutacaq. Müraciətlərə baxılarkən ilkin olaraq məcburi köçkünlərin məskunlaşması baş tuacaq. İşğaldan azad edilmiş ərazilərdə məskunlaşacaq şəxslərə müavinətin verilməsi, məşğulluq probleminin həlli istiqamətində müəyyən güzəştlərin edilməsi də nəzərdə tutulub.

03 May 2025 Bakı metrosunda interval BİR DƏQİQƏ olacaq - RƏSMİ
03 May 2025 Ziyafət Əsgərov oğlu ilə bağlı ona şikayət edibmiş - Müəllimi də döyüb...
03 May 2025 Sabah Bakıda bu yollar tam bağlanacaq
02 May 2025 28 May stansiyası bağlanır? - Məsələyə nöqtə qoyuldu
01 May 2025 PUA-larla əlaqədar yeni dövlət rüsumları müəyyənləşir
01 May 2025 Qazaxın azad olunan kəndlərinin tikintisinə BAŞLANILIR
01 May 2025 Bəzi vəkillər cəzalandırıldı, fəaliyyətləri dayandırıldı- Rəyasət Heyətinin qərarı
01 May 2025 Əlahiddə Ümumqoşun Ordunun komanda-qərargah təlimi keçirilib
01 May 2025 Bu gündən ibtidai siniflərin 5 günlük yaz tətili başlayıb
30 Aprel 2025 Əsrin Yaşayan Səssiz Şahidi: Biləcəri Yol Sahəsinin Binası Tarix və Mədəniyyət Abidəsi Kimi Qorunacaq
30 Aprel 2025 Saatlıq iş rejiminə keçid maaşlara belə təsir edəcək – VİDEO
30 Aprel 2025 Bu çağırışçılar və hərbi vəzifəlilərlə bağlı sanksiyalar sərtləşdirilib
30 Aprel 2025 Şəhidin qardaşının köməyə ehtiyacı var - “70-100 min pul istənilib”
30 Aprel 2025 Ötən il Azərbaycanda 1 yaşa qədər neçə uşaq ölüb? - STATİSTİKA
29 Aprel 2025 Mayın 1-dən QÜVVƏYƏ MİNİR
29 Aprel 2025 “Bakı Metropoliteni” QSC-də Ümumdünya Əməyin Mühafizəsi Gününə həsr edilmiş tədbir keçirilib
29 Aprel 2025 Sökülən evlərə görə təzminat belə hesablanır
29 Aprel 2025 Bakıdakı məşhur restoranlar cərimələndi - Siyahı
29 Aprel 2025 Vətəndaşlar polis rəislərinə birbaşa müraciət edəcəklər - Video
29 Aprel 2025 FHN və ADY birgə təlim keçirdi - Video

Xəbər lenti