Kamaləddin Qafarov: “Azərbaycanla təhdid dilində danışmaq olmaz”“İran hökumətinin ölkəmizə və xalqımıza qarşı əsl münasibəti özünü torpaqlarımızın 20 faizinin erməni işğalı altında olduğu 30 il ərzində bütün çılpaqlığı ilə göstərib və bu münasibət heç zaman İslam həmrəyliyi formatına uyğun olmayıb. Əksinə, məscidləri dağıdan və təhqir edən, ibadətgahlarımızda donuz saxlayan Ermənistanla münasibətlərində İran hər zaman səmimi və həmrəy olub. İşğal dövründə Azərbaycanın sərvətlərinin ermənilər tərəfindən talan edilməsində bilavasitə iştirakı, işğal altında olan Qarabağda at oynadan separatçılara silah-sursat daşınmasını həyata keçirməsi, minlərlə günahsız müsəlmanın vəhşicəsinə qətlə yetirilməsinə göz yumması İranın Azərbaycana əsl münasibətini xarakterizə edə biləcək ən real göstəricilərdir. Lakin İranın Azərbaycana qarşı düşmənçilik siyasəti təkcə işğal altında olan ərazilərimizdə fəaliyyətində deyil, həmçinin ölkəmizdə daim təxribatlar və iğtişaşlar törətmək cəhdlərində də özünü göstərib. Lakin Azərbaycanda mövcud olan ictimai-siyasi sabitlik, milli həmrəylik mühiti, xalq-iqtidar birliyi və əlbəttə ki, hüquq-mühafizə və xüsusi xidmət orqanlarının effektiv fəaliyyəti belə cəhdlərin qarşısının dərhal və qətiyyətlə alınmasını təmin edib. Bu səbəbdən biz bu gün artıq ölkəmizə qarşı silahlı təxribatların bilavasitə İranın öz ərazisində düzənləndiyinin şahidi oluruq.”

Bu sözləri mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.


Deputat səfirlik ərazisinin yerləşdiyi dövlətin ərazisi hesab olunmadığını vurğulayaraq, bu gün Tehranda baş vermiş Azərbaycanın İrandakı səfirliyinə silahlı hücumu bilavasitə ölkəmizə qarşı terror aktı kimi qiymətləndirmişdir: “Yanvarın 27- də səhər saatlarında Tehranda yerləşən Azərbaycan Respublikasının İrandakı səfirliyinə olunan silahlı hücum növbəti dəfə ölkəmizə qarşı həyata keçirilmiş qanlı terror aktıdır. Hadisə nəticəsində səfirliyin təhlükəsizliyini təmin edən bir əməkdaş şəhid olmuşdur. Əlbəttə ki, bu terror aktına görə bütün məsuliyyət birbaşa İran hökumətinin üzərinə düşür. Məlumdur ki, istənilən səfirliyin ərazisi onun təmsil etdiyi ölkənin ərazisi hesab olunur və bu ərazinin təhlükəsizliyi onun yerləşdiyi ölkə tərəfindən təmin edilir. Bu baxımdan Azərbaycan səfirliyinin də mühafizəsinin təmin olunması bilavasitə İran hökuməti tərəfindən həyata keçirilməli idi. Lakin reallıqda biz bu mühafizənin ya simvolik şəkildə təşkil olunduğunu, ya da ümumiyyətlə olmadığını gördük. Digər tərəfdən də İran hakimiyyətinin ölkəmizə qarşı yürütdüyü düşmənçilik təbliğatı anti-azərbaycan qüvvələrini bir qədər də ruhlandırır, onlara daha geniş qol-qanad açmaq üçün şərait yaradır. Böyük ehtimalla, Azərbaycan səfirliyinə silahlı hücumu təşkil edən və onu həyata keçirən qüvvələrin maraqları İran hökumətinin qarşısına qoyduğu məqsədlərlə üst-üstə düşür. Əks halda bu qanlı hadisənin izahını vermək üçün beynəlxalq ictimaiyyətə Tehran polisinin hansısa absurd açıqlamaları təqdim olunmazdı. Çox təəssüflər olsun ki, İran hökumətinin öz daxilində Azərbaycana hərbi müdaxilə üçün ictimai rəy formalaşdırılması istiqamətində atdığı addımlar son vaxtlar bir qədər də intensivləşib. Əslində bir ölkənin səfirliyinə olunan hücum elə həmin ölkənin birbaşa ərazisinə olunan hücum kimi qiymətləndirilir. Digər tərəfdən də İran ölkəmizdə dini qüvvələrin siyasiləşdirilməsi istiqamətində iş aparmaq, dini və milli düşmənçilik yaymaq, dini tolerantlığı pozaraq gərginlik yaratmaq istiqamətində səylər göstərir. Lakin Azərbaycan bu gün bütün təhdidlərin qarşısını almağa, istənilən təxribatlara qarşı lazımi şəkildə cavab verməyə qadir bir ölkədir və bu ölkə ilə hədə və təhdid dilində danışmaq heç kimə fayda verməz.”
03 May 2025 Bakı metrosunda interval BİR DƏQİQƏ olacaq - RƏSMİ
03 May 2025 Ziyafət Əsgərov oğlu ilə bağlı ona şikayət edibmiş - Müəllimi də döyüb...
03 May 2025 Sabah Bakıda bu yollar tam bağlanacaq
02 May 2025 28 May stansiyası bağlanır? - Məsələyə nöqtə qoyuldu
01 May 2025 PUA-larla əlaqədar yeni dövlət rüsumları müəyyənləşir
01 May 2025 Qazaxın azad olunan kəndlərinin tikintisinə BAŞLANILIR
01 May 2025 Bəzi vəkillər cəzalandırıldı, fəaliyyətləri dayandırıldı- Rəyasət Heyətinin qərarı
01 May 2025 Əlahiddə Ümumqoşun Ordunun komanda-qərargah təlimi keçirilib
01 May 2025 Bu gündən ibtidai siniflərin 5 günlük yaz tətili başlayıb
30 Aprel 2025 Əsrin Yaşayan Səssiz Şahidi: Biləcəri Yol Sahəsinin Binası Tarix və Mədəniyyət Abidəsi Kimi Qorunacaq
30 Aprel 2025 Saatlıq iş rejiminə keçid maaşlara belə təsir edəcək – VİDEO
30 Aprel 2025 Bu çağırışçılar və hərbi vəzifəlilərlə bağlı sanksiyalar sərtləşdirilib
30 Aprel 2025 Şəhidin qardaşının köməyə ehtiyacı var - “70-100 min pul istənilib”
30 Aprel 2025 Ötən il Azərbaycanda 1 yaşa qədər neçə uşaq ölüb? - STATİSTİKA
29 Aprel 2025 Mayın 1-dən QÜVVƏYƏ MİNİR
29 Aprel 2025 “Bakı Metropoliteni” QSC-də Ümumdünya Əməyin Mühafizəsi Gününə həsr edilmiş tədbir keçirilib
29 Aprel 2025 Sökülən evlərə görə təzminat belə hesablanır
29 Aprel 2025 Bakıdakı məşhur restoranlar cərimələndi - Siyahı
29 Aprel 2025 Vətəndaşlar polis rəislərinə birbaşa müraciət edəcəklər - Video
29 Aprel 2025 FHN və ADY birgə təlim keçirdi - Video

Xəbər lenti