"Yol-xeber.az" xəbər verir ki, Rəis görüşdə gəncləri təbrik edərək bildirib ki, bu gün müasir Azərbaycanda gənclər siyasəti əsas istiqamətlərdəndir.
Çıxış edən rəis müavini Emin Mustafayev gənc mədəniyyət işçilərinə bundan sonra da səylə çalışmağı, Azərbaycan mədəniyyətinin təbliği üçün daha da fəal olmaq lazım gəldiyini vurğulayıb.
Çıxış edən gənclər göstərilən diqqətə görə minnətdarlıqlarını bildiriblər. Sonda mədəniyyət sahəsində fəallıq göstərən bir sıra gənc fəxri fərmanla təltif olunub.