Bu gün çox hörmətli cənab Saleh Məmmədovun doğum günüdür.

Cənab Saleh Məmmədovun 66 yaşı tamam olur.

AAYDA-nin sədri Saleh Məmmədov həmişə gələcəyə inamla baxan, qarşıya qoyduğu məqsədə catmaq üçün yorulmaq bilmədən çalışan şəxsiyyətdir. Yüksək pillələrə qalxmaq, orda qərar tutmaq, daha səlahiyyətli söz demək qabiliyyətinə malik olmaq üçün bu yolla dözümlük və səbr göstərmək Saleh Məmmədovun həyat kredosudur. Onun bir xüsusiyyətini xüsusi vurğulamaq istəyirik: o, həmişə işin ağır tərəfindən yapışanlardan olub.

Saleh Məmmədov Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Bu gün də rəhbərliyin sadiq vəzifə sahiblərindən biridir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır
Məmmədov Saleh Ərşad oğlu 1958-ci ildə Azərbaycan Respublikasının Tərtər rayonunda anadan olmuşdur. Tərtər rayonunda orta məktəbi bitirdikdən sonra sənədlərini Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun “Sənaye və mülki tikinti” fakültəsinə vermiş və 1980-ci ildə müvəfəqiyyətlə institutun “Sənaye və mülki tikinti” fakültəsini bitirmişdir.

S.Ə.Məmmədov əmək fəaliyyətinə 06.08.1980-15.10.1980-ci illərdə Mənzil-Kommunal Təsərrüfatı Nazirliyinin Texniki İnventar Bürosunda mühəndis kimi başlamışdır.

1980-1982-ci illərdə Sovet Ordusu silahlı qüvvələri sıralarında hərbi xidmət etdikdən sonra 1982-ci ildə Mənzil-Kommunal Təsərrüfatı Nazirliyinin Mərkəzi Texniki İnventar Bürosunda mühəndis kimi fəaliyyətini davam etdirmişdir.

O, 1982-1991-ci illərdə “Yoltəmirtikinti” Baş İdarəsinin 1 saylı Yol Tikinti İdarəsində mühəndis, baş mühəndis və rəis, 1991-1993-cü illərdə “Azərneft” Yol Tikinti Təmir Trestinin 3 saylı Yol Tikinti İdarəsində rəis, 1994-1995-ci illərdə “Azkommunkomplekttexnika ” İstehsalat Birliyində rəis vəzifələrində işləmişdir
1995-2003-cü illərdə “Azəravtoyol” Dövlət Şirkətinin Körpü Tikinti Trestinin rəis müavini, 1 saylı Yerli Avtomobil Yolları İdarəsinin rəisi, Siyəzən 4 saylı Yol istismar İdarəsinin rəisi, 1 saylı Yol İstismar İdarəsinin rəisi vəzifələrində çalışmışdır.

2003-2015-ci illərdə Nəqliyyat Nazirliyinin “Yolnəqliyyatservis” Departamentinin 1 saylı Yol İstismar İdarəsinin rəisi, 2007-ci ilin fevralında “Yolnəqliyyatservis” Departamentinin “Azəryolservis” Açıq Səhmdar Cəmiyyəti olması ilə əlaqadar “Azəryolservis” ASC-nin 1 saylı Yol İstismar İdarəsinin rəisi vəzifələrində işləmişdir.
Bu gün çox hörmətli cənab Saleh Məmmədovun doğum günüdür

S.Ə. Məmmədov 19.02. 2015-ci il tarixdən “Azəryolservis” ASC sədrinin birinci müavini təyin edilmiş və “Azəryolservis” ASC sədrinin vəzifəsi ona həvalə edilmişdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 28 dekabr 2015-ci il tarixli Sərəncamı ilə S.Ə. Məmmədov “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin sədri təyin edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 9 mart 2016-cı il tarixli Fərmanı ilə “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin adı dəyişdirilərək “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti adlandırılmışdır
S.Ə. Məmmədovun rəhbərliyi ilə tikintisi başa çatdırılmış və Azərbacan Respublikası Prezidentinin iştirakı ilə 2015-ci il sentyabrın 17-də Ağsu-Kürdəmir-İmişli avtomobil yolunun yenidən qurulması layihəsi çərçivəsində bu yolun Ağsu-Kürdəmir hissəsi, oktyabrın 6-da yenidən qurulan Göyçay-Ucar avtomobil yolu nəqliyyatın hərəkəti üçün açılmışdır.

O, 1 saylı Yol İstismar İdarəsinin rəisi vəzifələrində işlədiyi dövrdə respublikanın ümumi istifadədə olan Beynəlxalq əhəmiyyətli (E-119, AH-8), M-1, M-4 və M-2 magistiral avtomobil yollarının böyük bir hissəsinin istismarı, həmçinin yerli əhəmiyyətli yollarının 100 km uzunluqda hissəsinin istismarı işlərinə rəhbərlik etmişdir. Onun fədakar əməyi və bir bacarıqlı mühəndis kimi verdiyi təkliflər nəticəsində 1 saylı Yol İstismar İdarəsinin xidmət göstərdiyi avtomobil yollarında nəqliyyatın hərəkətinin təhlükəsizliyi təmin olunmuşdur. Bunun nəticəsində yol-nəqliyyat hadisələrinin sayı azalmış və respublika iqtisadiyyatına gəlir gətirmiş, həmçinin yollarda sərnişinlərin rahatlılığı və təhlükəsizliyi təmin olunmuşdur.

S.Ə.Məmmədovun əməyi Azərbacan Respublikası Prezidenti tərəfindən yüksək qiymətləndirilib. O, Respublika Prezidentinin 22.09. 2010-cu il tarixli 744 nömrəli Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunmuş və ona Azərbaycan Respublikası Prezidentinin 10.04. 2012 ci il tarixli 2151 nömrəli Sərəncamı ilə “Əməkdar Mühəndis” fəxri adı verilmişdir.

"Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin sədri, Əməkdar Mühəndis Saleh Məmmədov "Şöhrət” ordeni ilə təltif edilib.

Bu barədə Azərbaycan prezidenti İlham Əliyev 22 Fevral 2018-ci il tarixli sərəncam imzalayıb. S.Məmmədov Azərbaycanda yol-nəqliyyat infrastrukturunun inkişafında xidmətlərinə görə bu yüksək ordenə layiq bilinib. .

Rəhbərliyi və kollektivi cənab Saleh Məmmədovu doğum günü münasibətilə təbrik edir, uzun ömür, cansağlığı, fəaliyyətində uğurlar arzulayır.!

23 Noyabr 2024 Azərbaycanda Bazar gününün havası açıqlandı
23 Noyabr 2024 COP29 iştirakçıları üçün PULSUZ ictimai nəqliyyat xidməti başa çatır
22 Noyabr 2024 Azərbaycanda “Əmək miqrasiyası kvotasının müəyyən edilməsi Qaydası” dəyişib
22 Noyabr 2024 Qazaxın işğaldan azad olunan kəndlərinə belə nəzarət olunur - FOTOLAR + VİDEO
22 Noyabr 2024 Tikinti işləri aparanların NƏZƏRİNƏ - 5 min manat CƏRİMƏLƏNƏCƏKLƏR
22 Noyabr 2024 DYP-dən küləkli hava ilə bağlı sürücülərə müraciət
22 Noyabr 2024 Elmi adlar ləğv edilə bilər - Nazirdən ŞOK SÖZLƏR!
21 Noyabr 2024 Əlillik pensiyası kəsilən şəxslər nə etməlidir? - Nazirdən açıqlama
21 Noyabr 2024 Azərbaycanda yaşayış minimumu davamlı olaraq artırılacaq - Rəsmi
21 Noyabr 2024 Nazir pensiyalarda proqnozlaşdırılan artımları açıqladı
21 Noyabr 2024 Daha 46 sayda avtobus marşrutunun fəaliyyəti bərpa edilir
21 Noyabr 2024 Baş nazirdən şəhid ailələri ilə bağlı YENİ QƏRAR
20 Noyabr 2024 Bakıda 3, 4 və 5 mərtəbəli binalar söküləcək - Bu ünvanlardan başlanacaq
20 Noyabr 2024 Jurnalistlərə müjdə: qanun müzakirəyə çıxarıldı
19 Noyabr 2024 Gələn il xalis minimum əməkhaqqı nə qədər olacaq? - Sahələr üzrə MƏBLƏĞLƏR
19 Noyabr 2024 Kirayə qalanların DİQQƏTİNƏ: Bunu etmək sizin üçün vacibdir
19 Noyabr 2024 Orta əmək pensiya 531 manat, yaşa görə orta pensiya 569 manat olacaq - Nazir
19 Noyabr 2024 Sosial yardım nə qədər artırılacaq? – Detallı izah
19 Noyabr 2024 Ardıcıl 6 gün iş olmayacaq - TARİXLƏR
19 Noyabr 2024 Kamaləddin Qafarov: “Ağdamın azad olunması müharibənin dönüş nöqtəsi idi”

Xəbər lenti