Yol-xeber.az" xəbər verir ki, 28 fevral 2024-cü il tarixində Ağsu şəhər Mədəniyyət Evində Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin Ağsu rayonu üzrə müəssisələrinin əməkdaşlarının iştirakı ilə müşavirə keçirilib. İclasda Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin rəis müavini Əlisultan Sadıxov, idarənin Ağsu rayonu üzrə nümayəndəsi, baş məsləhətçi Cavanşir Şeydazadə, məsləhətçi Məhəmməd Qədirov iştirak ediblər.
Müşavirədə 2023-cü ildə görülən işlər, cari il ərzində qarşıda duran vəzifələr, hədəflər müzakirə olunub.