|
8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində tədbir keçirilib.
Tədbirdə çıxış edən İdarə Heyəti sədrinin müavinləri Əvəz Qocayev və Hüsnü Quliyev bütün qadınları İdarə Heyətinin sədri Saleh Məmmədov başda olmaqla agentliyin kişi kollektivi adından 8 - Mart Beynəlxalq qadınlar günü münasibətilə təbrik ediblər.
Bildirilib ki, bu gün Azərbaycan qadını həm gözəl Ana, həm də fəal ictimai xadimdir. Azərbaycan Qadını bütün dövrlərdə ən ağır sınaqlardan üzü ağ çıxaraq, taleyüklü məsələlərin həllinə layiqli töhvə verib.
Qadınların fədakar əməyinə, cəmiyyətdəki roluna hər zaman çox böyük qiymət verildiyi, onlara daim qayğı ilə yanaşıldığı vurğulanıb.
Daha sonra Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Həmkarlar İttifaqı tərəfindən agentliyin qadın əməkdaşlarına hədiyyələr təqdim olunub.
Əziz xanımlar, bayramınız mübarək olsun!