At əti istehlak etmək bizim millətimizin adətində yoxdur. Lakin ölkədə istənilən ətin satışına da qadağa qoyulmayıb. İstər it, istər pişik - istənilən ət qanunla satıla bilər.

Bu sözləri Axar.az-a Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov Qazaxıstandan Azərbaycana yanvar ayında 14,53 ton at əti gətirilməsi haqqında yayılan xəbərləri şərh edərkən deyib.

Onun sözlərinə görə, at ətinin hansı sahələrdə istifadə olunacağı ilə bağlı məlumatlar bəlli deyil və bu qida məhsullarında varsa, mütləq qeyd olunmalıdır:

“Dövlətin bir sənədi olmalıdır, ənənəvi olmayan ətlər adı ilə göstərilməlidir və ya qadağa olmalıdır. 1963-cü ildə nəşr olunan kitabda SSRİ-də yalnız Azərbaycan eşşək ətinin yeyildiyi yer kimi xarakterizə olunub. Sonradan məlum oldu ki, bunu ermənilər edib. Bizi vəhşi və aç xalq kimi tanıtmaq üçün ediblər. Azərbaycanda at əti idxal olunursa, deməli o, insanlara yedizdirilir. Ola bilər ki, bu ət heyvanxanalarda istifadə olunmaq üçün alınıb. Çox təəssüf ki, onun son ünvanı barədə məlumat yoxdur. Biz marketlərdə ətlərin qablaşdırılmadığını, üzərində etiketlərin olmadığını görürük. İstisna olunmur ki, bunlar ən müxtəlif yerlərdə istifadə oluna bilər”.

Ekspert bildirib ki, belə hallara qarşı ölkədə aparılan lazımi tədbirlər yetərli deyil və istehlakçıları ət məhsullarını mağazadan almağa inadırmaq lazımdır:

“Ölkədə illərdir murdar leşlərin satılması tapılaraq ifşa olunur. DİN bu sahədə bir sıra uğurlu əməliyyat keçirib. Belə halların kökünün kəsilməsi üçün daha da fəal işləməlidirlər. Əgər Qazaxıstandan bu məhsul yemək məqsədi ilə gətirilirsə, kolbasa məmulatlarında istifadə olunursa, mütləq məhsulun üzərində yazılmalıdır. Milli xüsussiyyətlərimizə uyğun olmayan ətlərin satışı qadağan olunmalıdır. Bu, istehlakçıları narahat edən məsələdir. AQTA, icra hakimiyyəti, hüquq-mühafizə orqanları nə qədər çalışırlarsa, küçədə heyvan kəsilməsinin qarşısını ala bilmirlər. Tələb varsa, təklif də olacaq. Niyə tələb var? Çünki insanlar marketlərə inanmır. Gözləri ilə gördükləri əti almaq istəyirlər”.

Xatırladaq ki, mətbuatda bu ilin yanvar ayında Qazaxıstandan Azərbaycana 14,53 ton at ətinin gətirildiyi və ətinin 1 kiloqramının orta gömrük dəyəri 1,7 dollar (2,9 manat) olması ilə bağlı məlumatlar yayılıb.

23 Noyabr 2024 Azərbaycanda Bazar gününün havası açıqlandı
23 Noyabr 2024 COP29 iştirakçıları üçün PULSUZ ictimai nəqliyyat xidməti başa çatır
22 Noyabr 2024 Azərbaycanda “Əmək miqrasiyası kvotasının müəyyən edilməsi Qaydası” dəyişib
22 Noyabr 2024 Qazaxın işğaldan azad olunan kəndlərinə belə nəzarət olunur - FOTOLAR + VİDEO
22 Noyabr 2024 Tikinti işləri aparanların NƏZƏRİNƏ - 5 min manat CƏRİMƏLƏNƏCƏKLƏR
22 Noyabr 2024 DYP-dən küləkli hava ilə bağlı sürücülərə müraciət
22 Noyabr 2024 Elmi adlar ləğv edilə bilər - Nazirdən ŞOK SÖZLƏR!
21 Noyabr 2024 Əlillik pensiyası kəsilən şəxslər nə etməlidir? - Nazirdən açıqlama
21 Noyabr 2024 Azərbaycanda yaşayış minimumu davamlı olaraq artırılacaq - Rəsmi
21 Noyabr 2024 Nazir pensiyalarda proqnozlaşdırılan artımları açıqladı
21 Noyabr 2024 Daha 46 sayda avtobus marşrutunun fəaliyyəti bərpa edilir
21 Noyabr 2024 Baş nazirdən şəhid ailələri ilə bağlı YENİ QƏRAR
20 Noyabr 2024 Bakıda 3, 4 və 5 mərtəbəli binalar söküləcək - Bu ünvanlardan başlanacaq
20 Noyabr 2024 Jurnalistlərə müjdə: qanun müzakirəyə çıxarıldı
19 Noyabr 2024 Gələn il xalis minimum əməkhaqqı nə qədər olacaq? - Sahələr üzrə MƏBLƏĞLƏR
19 Noyabr 2024 Kirayə qalanların DİQQƏTİNƏ: Bunu etmək sizin üçün vacibdir
19 Noyabr 2024 Orta əmək pensiya 531 manat, yaşa görə orta pensiya 569 manat olacaq - Nazir
19 Noyabr 2024 Sosial yardım nə qədər artırılacaq? – Detallı izah
19 Noyabr 2024 Ardıcıl 6 gün iş olmayacaq - TARİXLƏR
19 Noyabr 2024 Kamaləddin Qafarov: “Ağdamın azad olunması müharibənin dönüş nöqtəsi idi”

Xəbər lenti