Heydər Əliyev irsi xalqımızın milli sərvətidir”

Vahid Muradov - Ulu Öndər Heydər Əliyev Azərbaycanın XX və XXI əsr tarixində və ictimai-siyası fikrində daim böyük ehtiramla xatırlanacaq dahi şəxsiyyətdir. Müasir Azərbaycan dövlətçiliyinin qurulmasını və möhkəmlənməsini cəmiyyətdə Hey­dər Əliyev ideyalarını yeni tarixi şərait və dəyərlər prizması ilə vəhdətdə təhlil etmək hər zaman ictimai-tarixi zərurətdir. Başqa sözlə etiraf edilməlidir ki, Azərbaycan Res­publikasının siyasi həyatında yeni güc mərkəzinin yaranması yalnız Heydər Əliyev şəxsiyyətinə ümumxalq etimadının tarixi-ictimai təzahürü nəticəsində mümkün ola bilərdi. Çağdaş siyasi tariximizin bu  fundamen­tal hadisəsi hər zaman gələcək nəsillər üçün xüsusi məktəbdir.

Azərbaycan Respublikasına uzun illər rəhbərlik etmiş Ümummilli Lider Heydər Əliyevə ölkənin siyasi, iqtisadi, mədəni və sosial inkişafında müstəsna irəliləyişlərin birbaşa təminatçısı kimi həmişə xalq tərəfindən  qəlbən dərin rəğbət bəslənilirdi. Eyni zamanda, Ulu Öndər keçmiş SSRİ kimi nəhəng dövlətdə ali siyasi vəzifəyə nail olan ilk və yeganə azərbaycanlı olduğundan, sözün əsl mənasında, milli qürur mənbəyi və mənəvi fəxarət simvolu sayılırdı. İnsanlar onunla, onun tarixi şəxsiyyəti və əməlləri ilə fəxr edir, ona dərin hörmət və etimadını hər zaman ifadə edirdilər.

Qeyd olunan tarixi reallıqla yanaşı, SSRİ-nin süqutundan sonra hakimiyyət uğrunda çəkişmələrdə kommunist ideologiyası ilə mübarizə adı altında Azərbaycanın bütün tarixi keçmişini şübhə altına almaq, reallıqları kommunist libasında təqdim etmək zəmnində ölkənin bütün formalaşmış kadr potensialına və sosial-iqtisadi bazaya qarşı təqiblər geniş tətbiq edilirdi. Belə bir vəziyyətdə cəmiyyətdə Heydər Əliyev şəxsiyyətinə, onun tarixi xidmətlərinə yeni dəyərlər əsasında yanaşılmasına və qiymətləndirilməsinə xüsusi ehtiyac hiss olunurdu.

Heydər Əliyevə qayıdış onun şəxsiyyətinə və ideyalarına inamın müstəqillik dövrünün milli məfkurəsinin vacib tərkib hissəsinə çevrilməsini nəzərdə tuturdu. Ötən əsrin 70-ci illərindən etibarən ölkəmizin ictimai-siyasi həyatının hərəkətverici qüvvəsi kimi çıxış edən Heydər Əliyev ideyaları Azərbaycan xalqının milli inkişaf kodeksinin əsasları rolunu oynayırdı. Məhz bu dərin dövlətçilik məfkurəsi əsasında Azərbaycan Res­publikası həmin dövrdə sürətli yüksəlişi təmin edə bilmiş, müstəqilliyin, bir növ, siyasi-iqtisadi təməli qoyulmuşdu.

Yeni müstəqilliyini bərpa etmiş Azərbaycanın ən böyük problemi olan Dağlıq Qarabağ münaqişəsinin başlaması, torpaqların erməni qəsbkarları tərəfindən işğalı və ölkədə vətəndaş qarşıdurmasının başlaması ilə milli dövlətçiliyin itirilməsi təhlükəsinin yaranması idi. Bu mərhələdə yenidən Azərbaycanın siyasi həyatına rəhbərlik etməyə başlayan Ulu Öndəri ilk növbədə əsrlərlə yaşayacaq və özünün adlandırdığı tarixi sərvətimiz olan milli dövlətçiliyimizi yaşatmaq, möhkəmləndirmək, ölkənin ərazi bütövlüyünü qorumaq və Azərbaycanı beynəlxalq birliyin bərabər hüquqlu bir üzvünə çevirmək kimi ciddi tarixi sınaqlar qarşılayırdı.

Böyük siyasət adamı, dünya liderlərinin nüfuzlu şəxsiyət, dövlətçilik memarı adlandırdıqları Ümummilli Lider bu ağır mərhələləri öz peşəkar bilik, bacarıq və təcrübəsi ilə aradan qaldırdı və hər zaman qürur duyduğu, şah əsəri olan Mütəqil Azərbaycan dövlətçiliyini qorudu, yaşatdı və biz nəsillərə möhkəm bazislə ərmağan etdi.

İlk növbədə cəbhədə atəşkəsə nail olub, hər zaman arzuladığı güclü ordu yaradılmasına start verən Ümummilli Lider Ermənistan və onun havadarlarının beynəlxalq siyasi, diplomatik təzyiq maşınını darmadağın edərək, Azərbaycanı dünyanın və regionun əsas əməkdaşlıq və tərəfdaşlıq mərkəzinə çevirdi.

Azərbaycan vətəndaşlarının ən mühüm problemləri hər zaman Ulu Öndəri düşündürmüşdür. Bu xüsusda ən ciddi amil isə milli mənəvi dəyərlərimizin inkişafı məsələsi idi. Tarixi təcrübə sübut edir ki, dövlətin inkişafında ən aparıcı vasitə insan və mükəmməl kadr potensialıdır.

Görkəmli ictimai-siyasi xadim Heydər Əliyev insan, vətəndaş hüquq və təhlükəsizliyinicəmiyyətdaxili münasibətlərin güzgüsü hesab edir, bu prinsipləri özünün siyasi təcrübəsində və dövlət idarəçiliyində tətbiq etməyə çalışırdı. Ümummilli Lider yeni, müasir siyası dövlət idarəemə mədəniyyətinin bütün istiqamətlərini də çox asanlıqla müəyyən etdi. Buraya

-bazar iqtisadiyyatı

-plüralizm

-demokratiya

-milli-mənəvi irsin qorunması

-enerji təhlükəsizliyi

kimi mühüm aktual sosial-siyası mexanizmlərin sistemli, funksional fəaliyyəti daxil idi. Bu siyasi idarəetmə sistemi isə həm də, yeni siyası mədəniyyəti labüd edirdi.

Azərbaycanda siyasi mədəniyyət plüralizmin geniş spektrini əhatə edərək Ulu Öndərin ideya və real fəaliyətləri ilə  formalaşmışdır. Hələ vaxtilə Ümummilli Lider Heydər Əliyevin siyasi mədəniyyət, vətəndaş cəmiyyəti quruculuğu uğrunda etdiyi çağırışlar və apardığı siyasət Azərbaycanda müasir demokratik, açıq və plüarist cəmiyyətinin formalaşmasını surətləndirdi.

Sovet totalitarizmindən çıxmış müstəqil Azərbaycan cəmiyyətinin yeni siyasi mədəniyyəti formalaşmağa başladı. SSRİ-nin dağılması prosesində ən gərgin şəraitlərlə üzləşmiş Azərbaycanda siyasi mədəniyyət məhz Ulu Öndərin sayəsində stabil şəkil aldı.

Azərbaycanda siyasi mədəniyyətin, onunla bağlı olan siyasi dialoq və milli həmrəylik komponentlərinin formalaşması prosesində Ümummilli Lider Heydər Əliyevin nəzəri və praktiki siyasi fəaliyyəti olduqca böyük olmuşdur. Əsasən, Azərbaycanın yenidən müstəqillik əldə etməsindən sonra formalaşan  milli dövlətçilik dəyərləri Azərbaycançılıq kontekstində özünün fərqli xüsusiyyətləri ilə seçilir.

Ümummilli Liderin ideoloji konsepsiyasına rəgmən  Azərbaycanın siyasi mədəniyyəti özünün dövlətçiliyə möhkəm sədaqət, rəhbərin güclü tərəflərini tez müəyyənləşdirmək və populizmə asan məruz qalmamaq məharəti ilə seçilməyə başladı. Azərərbaycançılıq, dövlətçilik ideyasının isə  bu prosesdə xüsusi rolu vardır.

Ulu Öndərin vaxtilə irəli sürdüyü və aksioma kimi qəbul olunan Azərbaycançılıq məfkurəsi milli, etnik, siyasi və sosial mənsubiyyətindən asılı olmayaraq hər bir azərbaycanlının Azərbaycana və dövlətimizə olan sevgi, məhəbbət və kökdən bağlılığın gündəlik həyat norması və fəaliyyət strategiyasıdır.

Ümummilli Lider müasir Avropanın indi indi irəli sürdüyü və dövlətlər üçün tövsiyyə olaraq formalaşdırmaq istədiyi “xalq, millət anlayışının getdikcə cəmiyət anlayışı ilə əvəzlənməsi” prinsiplərini hələ 30 il əvvəl irəli sürərək, vahid Azərbaycan cəmiyyəti fəlsəfəsini yaratdı.

O məfkurə ki, qısa bir müddətdə Azərbaycan cəmiyyətinin bütövlüyünü, sabitliyini, monolitliyini və davamlı inkişafını təmin etdi və bu nəzəri-praktik politoloji fikrin yaradıcısı məhz Ümummilli Liderimiz Heydər Əliyevdir.

Müasir dövrdə siyasi və sosial inkişaf yolu keçən ölkələr üçün bir etalon ola biləcək bu vahid cəmiyyət ideyasını ölkə prezidenti, Silahlı Qüvvələrin ali baş komandanı, partiyamızın sədri cənab İlham Əliyev 44 günlük Vətən müharibəsində “dəmir yumruq” prinsipi ilə tətbiq edərək, Ulu Öndərimizdən vəsiyət qalan Böyük Zəfərimizlə bizə yaşatdı.

Budur məhz Böyük Heydər Əliyev məktəbi, tarixi Ümummilli Lider ideyaları!

23 Noyabr 2024 Azərbaycanda Bazar gününün havası açıqlandı
23 Noyabr 2024 COP29 iştirakçıları üçün PULSUZ ictimai nəqliyyat xidməti başa çatır
22 Noyabr 2024 Azərbaycanda “Əmək miqrasiyası kvotasının müəyyən edilməsi Qaydası” dəyişib
22 Noyabr 2024 Qazaxın işğaldan azad olunan kəndlərinə belə nəzarət olunur - FOTOLAR + VİDEO
22 Noyabr 2024 Tikinti işləri aparanların NƏZƏRİNƏ - 5 min manat CƏRİMƏLƏNƏCƏKLƏR
22 Noyabr 2024 DYP-dən küləkli hava ilə bağlı sürücülərə müraciət
22 Noyabr 2024 Elmi adlar ləğv edilə bilər - Nazirdən ŞOK SÖZLƏR!
21 Noyabr 2024 Əlillik pensiyası kəsilən şəxslər nə etməlidir? - Nazirdən açıqlama
21 Noyabr 2024 Azərbaycanda yaşayış minimumu davamlı olaraq artırılacaq - Rəsmi
21 Noyabr 2024 Nazir pensiyalarda proqnozlaşdırılan artımları açıqladı
21 Noyabr 2024 Daha 46 sayda avtobus marşrutunun fəaliyyəti bərpa edilir
21 Noyabr 2024 Baş nazirdən şəhid ailələri ilə bağlı YENİ QƏRAR
20 Noyabr 2024 Bakıda 3, 4 və 5 mərtəbəli binalar söküləcək - Bu ünvanlardan başlanacaq
20 Noyabr 2024 Jurnalistlərə müjdə: qanun müzakirəyə çıxarıldı
19 Noyabr 2024 Gələn il xalis minimum əməkhaqqı nə qədər olacaq? - Sahələr üzrə MƏBLƏĞLƏR
19 Noyabr 2024 Kirayə qalanların DİQQƏTİNƏ: Bunu etmək sizin üçün vacibdir
19 Noyabr 2024 Orta əmək pensiya 531 manat, yaşa görə orta pensiya 569 manat olacaq - Nazir
19 Noyabr 2024 Sosial yardım nə qədər artırılacaq? – Detallı izah
19 Noyabr 2024 Ardıcıl 6 gün iş olmayacaq - TARİXLƏR
19 Noyabr 2024 Kamaləddin Qafarov: “Ağdamın azad olunması müharibənin dönüş nöqtəsi idi”

Xəbər lenti