Azərbaycanın   mühüm təşəbbüsü
“Ölkə Prezidenti cənab İlham Əliyev bu il aprelin 26-da Almaniyanın paytaxtı Berlində “Euronews” telekanalına verdiyi müsahibəsində qlobal iqlim dəyişikliyi ilə bağlı məsələlərdə Azərbaycanın prinsipial mövqeyini bir daha ifadə etmişdir. Ölkəmizin noyabr ayında ev sahibliyi edəcəyi COP29-un gündəliyi hazırda dünyada ən çox müzakirə olunan mövzulardandır. Məsələ bundadır ki, iqlim dəyişikliyi ilə bağlı problemlər sadəcə ayrılıqda götürülmüş bir ölkə və ya region üçün deyil, bütün planetimiz üçün ciddi təhdidlər yaradır. Bu qlobal problemin həlli yolları da yalnız bütün dünya ölkələrinin birgə səyləri nəticəsində tapıla bilər”.

Bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

Deputat xatırladıb ki, Azərbaycanın zəngin karbohidrogen ehtiyatlarına malik olması faktı bir çoxlarında ölkəmizin COP29-a ev sahibliyi etməsinin məqsədəuyğunluğu ilə bağlı şübhələr yaratmışdı. “Cənab Prezident İlham Əliyev bu məsələlərdə dövlətimizin qəti mövqeyini bir daha ortaya qoyaraq həmin yanaşmanın kökündən səhv olduğunu sübut etdi. Həm “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində etdiyi çıxışında, həm də öz müsahibəsində cənab Prezident birmənalı olaraq bildirdi ki, məhz qazıntı yanacağı ilə zəngin ölkələr yaşıl enerjiyə keçid və qlobal iqlim dəyişikliyinin fəsadları ilə mübarizə məsələlərində öndə getməlidirlər və bu ölkələr ilk növbədə öz sərvətlərini ölkənin inkişafına, yoxsulluğun və işsizliyin azaldılmasına, yaşıl gündəliklə bağlı tutulan hədəflərə necə yönəltmələrinə görə dəyərləndirilməlidirlər.”       

K.Qafarov daha sonra qeyd edib ki, Prezident İlham Əliyevin aprelin 26-da Berlində “Euronews” telekanalına verdiyi müsahibəsində əks olunmuş ən vacib məqamlardan biri də “üçlük” mexanizminin yaradılması barədə söylədiyi fikirlər olub: “Dövlət başçımız Azərbaycan tərəfindən irəli sürülmüş və COP üçün yenilik olan üç ölkə mexanizminin yaradılması təşəbbüsünü xüsusi olaraq diqqət mərkəzinə çəkdi. Qeyd olundu ki, burada məqsəd üçtərəfli əməkdaşlıq formatını yaratmaq üçün BƏƏ-nin, Azərbaycanın və sonra Braziliyanın təcrübəsindən istifadə etməkdir. Çünki hər üç ölkə müxtəlif regional, iqtisadi, siyasi və sair məsələlərdə iştirak edir. Beləliklə, bütün ölkələr qarşılıqlı səylər, həmrəylik göstərməli, bir-birilərini günahlandırmaq cəhdlərindən əl çəkməlidirlər. Azərbaycan isə COP29-a ev sahibliyi edəcək ölkə kimi bunun üçün əlverişli platforma yarada bilər və bu, qarşıda duran qlobal vəzifələrin icrasına doğru atılmış böyük addım olacaq”.
23 Noyabr 2024 Azərbaycanda Bazar gününün havası açıqlandı
23 Noyabr 2024 COP29 iştirakçıları üçün PULSUZ ictimai nəqliyyat xidməti başa çatır
22 Noyabr 2024 Azərbaycanda “Əmək miqrasiyası kvotasının müəyyən edilməsi Qaydası” dəyişib
22 Noyabr 2024 Qazaxın işğaldan azad olunan kəndlərinə belə nəzarət olunur - FOTOLAR + VİDEO
22 Noyabr 2024 Tikinti işləri aparanların NƏZƏRİNƏ - 5 min manat CƏRİMƏLƏNƏCƏKLƏR
22 Noyabr 2024 DYP-dən küləkli hava ilə bağlı sürücülərə müraciət
22 Noyabr 2024 Elmi adlar ləğv edilə bilər - Nazirdən ŞOK SÖZLƏR!
21 Noyabr 2024 Əlillik pensiyası kəsilən şəxslər nə etməlidir? - Nazirdən açıqlama
21 Noyabr 2024 Azərbaycanda yaşayış minimumu davamlı olaraq artırılacaq - Rəsmi
21 Noyabr 2024 Nazir pensiyalarda proqnozlaşdırılan artımları açıqladı
21 Noyabr 2024 Daha 46 sayda avtobus marşrutunun fəaliyyəti bərpa edilir
21 Noyabr 2024 Baş nazirdən şəhid ailələri ilə bağlı YENİ QƏRAR
20 Noyabr 2024 Bakıda 3, 4 və 5 mərtəbəli binalar söküləcək - Bu ünvanlardan başlanacaq
20 Noyabr 2024 Jurnalistlərə müjdə: qanun müzakirəyə çıxarıldı
19 Noyabr 2024 Gələn il xalis minimum əməkhaqqı nə qədər olacaq? - Sahələr üzrə MƏBLƏĞLƏR
19 Noyabr 2024 Kirayə qalanların DİQQƏTİNƏ: Bunu etmək sizin üçün vacibdir
19 Noyabr 2024 Orta əmək pensiya 531 manat, yaşa görə orta pensiya 569 manat olacaq - Nazir
19 Noyabr 2024 Sosial yardım nə qədər artırılacaq? – Detallı izah
19 Noyabr 2024 Ardıcıl 6 gün iş olmayacaq - TARİXLƏR
19 Noyabr 2024 Kamaləddin Qafarov: “Ağdamın azad olunması müharibənin dönüş nöqtəsi idi”

Xəbər lenti