İnklüziv mobillik prinsiplərinin dəmir yollarında geniş tətbiq olunması sayəsində qatarla səfər hər kəs üçün əlçatandır.
ADY vağzal, stansiya və dayanacaqların inkişaf konsepsiyası çərçivəsində gözdən əlil və hərəkət məhdudiyyətli vətəndaşlar üçün məlumat köşkləri, toxunma səkilər, rahat və maneəsiz keçid üçün "Yaşıl dəhliz", vaqonların daxilində məlumatlandırıcı lövhələrin quraşdırılması (Brayl əlifbası ilə) və sair tədbirlərin əhatə dairəsini genişləndirir.