Yol-xeber.az" xəbər verir ki, Şəhərimizin ən gözəl yerlərindən birində yerləşən, 100 ilə yaxın yaşı olan bu tarixi binanı yerli sakinlərlə yanaşı ölkəmizin qonaqları, xarici nümayəndəliklərin əməkdaşları və turistlər də ziyarət edib.
Ziyarətçilər ölkəmizin və dünyanın dəmir yolu sahəsinin inkişaf mərhələlərinə aid müxtəlif maraqlı eksponatlarla, foto və video materiallarla, qatar modelləri ilə, o cümlədən dəmir yollarının gələcəyi, innovativ yenilikləri haqqında məlumatlarla tanış olub.
Dəmiryol Muzeyi həftənin 6 günü 10:00-18:00 arası fəaliyyət göstərir.
Hər birinizi muzeyimizdə gözləyirik!