kerem-mustafayevin-adi-mn-in-saytindan-da-silindi

Xəbər verdiyimiz kimi, müdafiə nazirinin müavini-Əlahiddə Ümumqoşun ordunun komandanı general-polkovnik Kərəm Mustafayev vəzifəsindən azad edilib.

“Qafqazinfo”nun məlumatına görə, artıq onun adı Müdafiə Nazirliyinin rəsmi saytından çıxarılıb.

Hazırda sözügedən saytda onun tutduğu vəzifə - müdafiə nazirinin müavini, Əlahiddə Ümumqoşun Ordu komandanı haqda məlumat tapmaq mümkün deyil. 

Xatırladaq ki, məlumata görə, Vətən Müharibəsi Qəhrəmanı general-mayor Kənan Seyidov Əlahiddə Ümumqoşun ordunun komandanı təyin edilib.

Qeyd edək ki, K.Mustafayev 2014-cü ilin mayında sözügedən vəzifəyə təyin edilmişdi. 

 

 
 

Xəbər lenti