Yol-xeber.az" xəbər verir ki, Bu il ADY-yə məxsus qatarlara 25 dəfə daş atılıb.
Belə məsuliyyətsiz davranışın 19-u hərəkətdə olan sərnişin qatarlarına qarşı edilib.
Nəticədə həm qatarların hərəkət qrafikində gecikmələr müşahidə olunub, sərnişinlərin və qatar heyətinin həyatına risk yaranıb, o cümlədən dəmiryol infrastrukturuna zərər dəyib. ADY sərnişinlərin və yüklərin daşınmasında təhlükəsizliyə xüsusi diqqət ayırdığından bu kimi xoşagəlməz hallara qarşı davamlı mübarizə aparır. Bu cinayəti törədənlər qısa zamanda tapılaraq Azərbaycan qanunvericiliyə uyğun olaraq cərimələnirlər.