Yol-xeber.az" xəbər verir ki, ADY xidmət keyfiyyətinin yüksəldilməsi və təhlükəsizliyin tam təmin edilməsi üçün dəmiryol stansiyalarında, vağzallarda sərnişinlərin platformalara keçidi və qatarlara miniyin təşkili ilə bağlı qaydaları yeniləyir.
Ölkədaxili səfərlər zamanı sərnişinlərin qeydiyyatı və minik
-səfərdən bir saat əvvəl başlayır;
-qatarın yola düşməsinə 5 dəqiqə qalmış dayandırılır.
Bu yeniliklər sərnişinlərin qatarlara rahat və vaxtında daxil olmasına və yerləşməsinə imkan yaradır.