|
Yol-xeber.az" xəbər verir ki, Hər bir sərnişinin və yükün daşınmasında təhlükəsizliyə xüsusi önəm verir, hərəkətin təhlükəsizliyinin təkmilləşdirilməsi üçün səylə çalışırıq.
22-28 iyul tarixlərini əhatə edəcək kampaniyada:
dəmir yolları ətrafında yerləşən ərazilərdə yaşayan sakinlərin təhlükəsizlik qaydalarından xəbərdar olması və bu qaydalara əməl etməsi üçün profilaktik söhbətlər aparılacaq;
sərnişinlərin dəmir yolundan istifadə zamanı təhlükəsizliyə riayət etmələri üçün ənənəvi və sosial mediada, qatarlarda, vağzal və stansiyalarda intensiv maarifləndirilmə tədbirləri keçiriləcək;
mal-qaranın dəmir yolu ərazisində sahibsiz buraxılaraq qatarların hərəkətinə təhlükə törətməsinin qarşısını almaq üçün təsərrüfat sahibləri ilə görüşlər keçiriləcək;
təhlükəsizlik barədə məlumatlılığın artırılması üçün infrastrukturda aparılan işlər barədə geniş məlumat veriləcək.
Siz də dəmir yollarında təhlükəsizliyə risk yaradan hallarla qarşılaşdığınız zaman 1822 Əlaqə Mərkəzini məlumatlandıraraq “Təhlükəsizlik həftəsi”nə töhfə verə bilərsiniz.
Gəlin birlikdə daha təhlükəsiz nəqliyyat mühiti yaradaq!