Yol-xeber.az" xəbər verir ki, İntellektual səviyyəsi və idarəetmə bacarıqları yüksək olan şəxslərin müəyyən edilməsi və bununla da ölkədə kadr ehtiyatı bankının yaradılmasında mühüm rol oynayan "Yüksəliş" müsabiqəsinin qalibləri arasında ADY-nin əməkdaşları - Strateji inkişaf departamentinin müdiri Anar Qasımov və "ADY Express" MMC-nin baş maliyyə inzibatçısı Kamal Hüseynli də var. Həmkarlarımızı təbrik edir, fəaliyyətlərində uğurlar arzulayıram.
Əminəm ki, onlar öz bilik və bacarıqları ilə ADY-nin strateji hədəflərinə çatmasına və gənc əməkdaşların lider kimi inkişafına xüsusi töhfə verəcəklər.