Yol-xeber.az" xəbər verir ki, Lokomotivlərimiz Yeni Gəncə Lokomotiv deposunda peşəkar mütəxəssislər tərəfindən ən yeni texnologiyalarla yoxlanılır və təmir edilir.
“Train Tracer” xüsusi proqramı vasitəsilə hərəkətdə olan lokomotivlər izlənilir, hər hansı nasazlıq aşkarlanarsa, lokomotivlər dərhal depo ərazisinə yönləndirilir.
ADY təhlükəsizlik dəyərinə sadiq qalaraq sərnişinlərin və yüklərin mənzilbaşına təhlükəsiz çatdırılması üçün lokomotivlərin, qatarların planlaşdırılmış qrafik üzrə baxışını və təmirini həyata keçirir.