Yol-xeber.az" xəbər verir ki, Əməkdaşlarımızın “Yüksəliş” və digər müsabiqələrdə uğurlu iştirakında onların inkişafını, peşəkar bilik və təcrübə səviyyəsinin artırılmasını təmin etmək üçün həyata keçirdiyimiz proqramların xüsusi rolu var.
“Liderlik bacarıqlarının inkişaf etdirilməsi” və “Flaqman” kimi proqramlar ADY-də rəhbər və qeyri-rəhbər vəzifələrdə çalışan, liderlik potensialı yüksək olan istedadları müəyyən edir, onların karyera inkişafına töhfə verir.
Xüsusilə, “Flaqman” proqramı yüksək potensiallı əməkdaşların müəyyən olunması, onların idarəçilik bacarıqlarının inkişaf etdirilməsi, fərdi inkişaf proqramlarının hazırlanması, kritik vəzifələr üçün gənc davamçıların yetişdirilməsi və işçi heyətinin təqdir olunması proseslərini özündə birləşdirir.