Nazirlər Kabinetinin təsdiq etdiyi qaydalara əsasən, qatarlara minik zamanı şəxsiyyəti təsdiq edən sənədin (şəxsiyyət vəsiqəsi, pasport, hərbi bilet, şəxsiyyəti müvəqqəti təsdiq edən digər sənəd, 15 yaşınadək uşaqlara doğum haqqında şəhadətnamə və ya şəxsiyyət vəsiqəsi) əslinin təqdim edilməsi mütləqdir.
Bundan başqa, Azərbaycan Prezidentinin müvafiq Fərmanına əsasən, sərnişinlərə "
My.gov.az" portalında qeydiyyatdan keçərək əldə edilən, şəxsiyyət vəsiqəsinin əslinə bərabər elektron şəxsiyyət vəsiqəsindən istifadə imkanı da yaradılıb.
Portalda qeydiyyatdan keçən hər bir vətəndaş qatara minik zamanı şəxsiyyətini təsdiq edən məlumatları QR kod şəklində əldə edib, həmin QR kodu vaqon bələdçisinin validatorunda (məlumatları yoxlama cihazı) oxutmaq üçün təqdim edə bilər.