lerikde-sehid-abidesine-qarsi-terbiyesizlik

Lerik rayonunun Monidigah kəndində I Qarabağ müharibəsi şəhidi mayor Sabir Əliyevin xatirəsinə inşa edilmiş bulaq kompleksi yararsız hala salınıb. Şəhidin mərmərdən olan fotosunun üzəri cızılıb.

Bu iddia ilə “Qafqazinfo”ya şəhidin yaxını Ramin Nəzərov müraciət edib. 

Onun sözlərinə görə, hadisə sentyabrın 7-si gecə saatlarında baş verib: “Sentyabrın 8-də şəhidin adına bulaq kompleksinin açılışı olmalı idi. Bir gün əvvəl gecə saatlarında şəhidin abidəsi üzərində vandalizm hərəkətləri ediblər. Səhər gəlib gördük ki, bulağın özünə və yeni salınmış körpüyə heç bir zərər vurulmayıb, ancaq şəhidin portreti bu hala salınıb. Açılışa şəhid ata-anaları gəlmişdi, onlar da bunu görüb sanki yaraları təzələndi”.

R.Nəzərov bildirib ki, açılış bitəndən sonra hadisə ilə bağlı polisə məlumat verilib: “Bu açıq-aşkar təxribatdır, dövlətə qarşı, onun azadlığı uğrunda canından keçən şəhidə qarşı vandallıqdır. Biz istəyirik ki, bu hadisəni törədənlər dərhal müəyyənləşdirilsin”.

Qeyd edək ki, Əliyev Sabir Xeyrulla oğlu I Qarabağ müharibəsində Ağdam və Füzuli istiqamətində vuruşub, 1995-ci ildə Horadizin azadlığı uğrunda gedən döyüşlərdə şəhid olub. Hazırda Monidigah kənd tam orta məktəbi şəhidin adını daşıyır. 

DİN-in Mətbuat xidmətinin Lənkəran Regional Qrupunun baş inspektoru, polis kapitanı Məhəmməd Rzayev sorğumuza cavab olaraq bildirildi ki, artıq hadisəni törədən şəxs tapılıb: “Araşdırma zamanı xatirə bulağının üzərindəki mərmər lövhəyə zərər yetirən şəxsin həmin kəndin sakini Azad Abdullayev olduğu müəyyən edilib. Həmin şəxs saxlanılıb və barəsində toplanmış material baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə A.Abdullayev inzibati qaydada həbs edilib”.

Gülnar Əliyeva

 

 


 
21 Aprel 2025 Xarici banklar Bakı metrosu üçün kredit ayıra bilər
21 Aprel 2025 Sabah 27 dərəcə isti oIacaq
21 Aprel 2025 Leyla Əliyeva görmə qabiliyyəti məhdud şəxslər üçün məktəbdə - Fotolar
21 Aprel 2025 Leysanda o yolları bağlayın - Merdən çıxış yolu təklifi
21 Aprel 2025 Bu ödənişləri gecikdirsəniz də, adınız - “Qara siyahı”ya düşməyəcək
21 Aprel 2025 Sarıcalı və Ballıca kəndlərinə növbəti köç karvanı yola salındı
19 Aprel 2025 Daha bir qanunsuz tikili söküldü - Video
18 Aprel 2025 Azərbaycanda yeni fırıldaq növü yayılıb: "Kabus toxunuşu" - DİQQƏT
18 Aprel 2025 İtkin şəhidimiz dəfn olundu - FOTOLAR
18 Aprel 2025 Sabah 22 dərəcə isti oIacaq
18 Aprel 2025 Səhhəti pisləşən qaziyə yol polisi kömək etdi - Video
18 Aprel 2025 Hikmət Mirzəyevə ağır itki
18 Aprel 2025 Xankəndinin Baş planı hazırlanır
18 Aprel 2025 Həccə getmək niyə bizdə baha, qonşu ölkələrdə ucuzdur? - AÇIQLAMA
17 Aprel 2025 Kartdan pul oğurlanır: banklar heçmi məsuliyyət daşımır?
17 Aprel 2025 Şamaxı-Qonaqkənd avtomobil yolu zərər gördü – Təcili bərpa işləri başlanılıb
17 Aprel 2025 2 milyard manat ayrılır – Bu şəxslərin maaşı artırıla bilər
17 Aprel 2025 ADY-nin bütün qatarları qrafik üzrə hərəkətini davam etdirir.
17 Aprel 2025 Kamaləddin Qafarov: “Azərbaycan-Gürcüstan əməkdaşlıq əlaqələri daim genişlənir”
16 Aprel 2025 “Qatarların hərəkət cədvəlində hər hansı dəyişiklik yoxdur” - ADY

Xəbər lenti