image_20240926141635.jpeg
Sentyabrın 25-də Daxili İşlər Nazirliyində Biznes mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın Daxili İşlər Nazirliyinin rəhbərlik etdiyi "Risklərin təhlili" işçi qrupunun növbəti iclası keçirilib.

Yol-xeber.az" xəbər verir ki,  "Risklərin təhlili" işçi qrupunun rəhbəri, daxili işlər nazirinin müavini İsmət Əliyevin iştirakı ilə keçirilən iclasda işçi qrupun 2024-cü il üçün Fəaliyyət Planının 3-cü bəndinə əsasən, texnoloji risk kimi kibertəhlükə, xüsusən onun təzahür əlamətləri kimi kibermüharibə, kibercasusluq və kibercinayətkarlıq məqsədilə kiber silah və vasitələrdən istifadə olunması məsələləri müzakirə olunub. Qaldırılan məsələlərin metodoloji əsasının Dünya İqtisadi Forumunun Qlobal Risklər Hesabatından irəli gəldiyi qeyd edilib.

İclasda Daxili İşlər Nazirliyinin Baş İnformasiya-Kommunikasiya İdarəsinin şöbə rəisi Hikmət Məmmədovun, İşçi qrupunun üzvləri – maliyyə Monitorinqi Xidmətinin Risklərin qiymətləndirilməsi və metodologiya şöbəsinin rəisi Əmrah Rəhmanovun, İqtisadiyyat Nazirliyinin İqtisadi siyasət şöbəsinin Maliyyə-bank və rəqəmsallaşdırma sektorunun müdiri Mehdi Həsənovun, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin rəisi Samir Rəsulovun məruzələri dinlənilib.

İclasın yekununda İşçi qrupunun üzvlərinin rəy və təklifləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyasına təqdim olunması məqsədilə gündəlikdə duran məsələyə dair təkliflərin İşçi qrupunun katibinə bildirilməsi ilə bağlı qrup üzvlərinə müvafiq tapşırıqlar verilib.

Məlumat üçün bildirək ki, Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın "Risklərin təhlili" işçi qrupuna rəhbərliyi Daxili İşlər Nazirliyi həyata keçirir.
21 Aprel 2025 Xarici banklar Bakı metrosu üçün kredit ayıra bilər
21 Aprel 2025 Sabah 27 dərəcə isti oIacaq
21 Aprel 2025 Leyla Əliyeva görmə qabiliyyəti məhdud şəxslər üçün məktəbdə - Fotolar
21 Aprel 2025 Leysanda o yolları bağlayın - Merdən çıxış yolu təklifi
21 Aprel 2025 Bu ödənişləri gecikdirsəniz də, adınız - “Qara siyahı”ya düşməyəcək
21 Aprel 2025 Sarıcalı və Ballıca kəndlərinə növbəti köç karvanı yola salındı
19 Aprel 2025 Daha bir qanunsuz tikili söküldü - Video
18 Aprel 2025 Azərbaycanda yeni fırıldaq növü yayılıb: "Kabus toxunuşu" - DİQQƏT
18 Aprel 2025 İtkin şəhidimiz dəfn olundu - FOTOLAR
18 Aprel 2025 Sabah 22 dərəcə isti oIacaq
18 Aprel 2025 Səhhəti pisləşən qaziyə yol polisi kömək etdi - Video
18 Aprel 2025 Hikmət Mirzəyevə ağır itki
18 Aprel 2025 Xankəndinin Baş planı hazırlanır
18 Aprel 2025 Həccə getmək niyə bizdə baha, qonşu ölkələrdə ucuzdur? - AÇIQLAMA
17 Aprel 2025 Kartdan pul oğurlanır: banklar heçmi məsuliyyət daşımır?
17 Aprel 2025 Şamaxı-Qonaqkənd avtomobil yolu zərər gördü – Təcili bərpa işləri başlanılıb
17 Aprel 2025 2 milyard manat ayrılır – Bu şəxslərin maaşı artırıla bilər
17 Aprel 2025 ADY-nin bütün qatarları qrafik üzrə hərəkətini davam etdirir.
17 Aprel 2025 Kamaləddin Qafarov: “Azərbaycan-Gürcüstan əməkdaşlıq əlaqələri daim genişlənir”
16 Aprel 2025 “Qatarların hərəkət cədvəlində hər hansı dəyişiklik yoxdur” - ADY

Xəbər lenti