ADY-nin Hərəkətin təhlükəsizliyi departamentinin müdir müavini Əsəd Məmmədov bu gün Qazaxıstanın Almatı şəhərində keçirilən “Nəqliyyatın Təhlükəsizliyi və Rəqəmsallaşdırılması üzrə V Avrasiya Forumu”nda iştirak edib.
Yol-xeber.az" xəbər verir ki, Forumda “Dəmir yollarının təhlükəsizliyinə daxili nəzarət proseslərinin rəqəmsallaşdırılması” mövzusunda təqdimatla çıxış edən ADY rəsmisi əməliyyatlarda təhlükəsizlik səviyyəsini artıran əsas daxili nəzarət prosedurlarını uğurla avtomatlaşdırlması barədə geniş məlumat verib.
Qeyd olunub ki, ADY-də mexaniki proseslərdən rəqəmsal sistemlərə keçid əməliyyatlar zamanı insan səhvlərini minimuma endirməklə yanaşı, təhlükəsizlik hallarının aşkar edilməsini və həllini sürətləndirib, hesabatlılıq və əməliyyat şəffaflığını artırıb və kağız əsaslı əməliyyatlardan asılılığı azaldıb.