Kamaləddin Qafarov: “Azərbaycanın MDB məkanında nüfuzu artır”
“Azərbaycanın getdikcə artan beynəlxalq nüfuzu özünü ölkəmizin Müstəqil Dövlətlər Birliyinin (MDB) fəaliyyətində artan rolunda da göstərməkdədir. Bunu təsdiq edən bir çox məqamlar oktyabrın 8-də Moskvada keçirilmiş MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edən cənab Prezident İlham Əliyevin çıxışında öz əksini aydın şəkildə tapmışdır”.

Bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

Millət vəkili bildirib ki, MDB Humanitar Əməkdaşlıq Şurasının qərarına əsasən, Azərbaycanın Şərqi Zəngəzur rayonunun Laçın şəhəri 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı elan edilib. “Bu, əlbəttə ki, Azərbaycanın MDB-yə üzv ölkələr arasında malik olduğu hörmət və nüfuzun daha bir göstəricisi kimi dəyərləndirilməlidir. Eyni zamanda , 30 ilə yaxın müddətdə Ermənistanın işğalı altında olmuş və tamamilə dağıdılmış Laçın şəhərinin növbəti il üçün MDB-nin mədəniyyət paytaxtı elan olunması, burada həyata keçirilən və miqyasına görə misli görünməmiş yenidənqurma işlərinin effektivliyinin növbəti təsdiqidir. Cənab Prezidenti dediyi kimi, bu gün artıq Laçın bərpa olunub və burada yeni həyat başlayıb. Laçının MDB-nin mədəniyyət paytaxtı elan edilməsi həm laçınlılar, həm də bütün Azərbaycan xalqı tərəfindən böyük minnətdarlıqla qarşılanıb”

K.Qafarov Prezident İlham Əliyevin öz çıxışında toxunduğu mühüm məsələlərdən birinin də COP29 iqlim konfransı ilə bağlı olduğunu vurğulayıb: “Bakıda keçiriləcək COP29 iqlim konfransının başlanmasına artıq bir ay qalıb. Ölkəmizin ev sahibliyi edəcəyi bu konfrans dünyada ən böyük beynəlxalq tədbir hesab olunur. Dövlət başçımızın dediyi kimi, 200-ə yaxın ölkənin bu konfransın Bakıda keçirilməsi haqqında yekdil qərarı bütün dünya ictimaiyyətinin Azərbaycana hörmətinin əlaməti kimi qiymətləndirilməlidir. COP29-a hazırlıq işləri artıq başa çatmaq üzrədir və Azərbaycanın bu tədbiri də ən yüksək səviyyədə keçirəcəyi bu gün heç kimdə şübhə doğurmur. Cənab Prezident öz çıxışında həmçinin İkinci Dünya müharibəsində Qələbənin 80 illiyi ilə bağlı MDB dövlət başçılarının qəbul edəcəkləri ümumi müraciətin əhəmiyyətini vurğuladı və bir daha diqqətə çatdırdı ki, Azərbaycan faşizm üzərində ümumi qələbəyə sanballı töhfə verib. Həmin dövrdə 3 milyon 400 min əhalisi olan Azərbaycandan cəbhəyə 700 minə yaxın insan yollanıb. Döyüş meydanlarında 350 min nəfər həlak olub, 123 azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. Müharibə illərində Azərbaycan neftçiləri cəbhəyə neft və neft məhsullarının 80 faizini, hərbi texnika üçün yağların 96 faizini tədarük edib. Prezidentimiz qeyd edib ki, faşizm üzərində ümumi Qələbə MDB-yə üzv dövlətlərin gələcək əməkdaşlığının daha da möhkəmləndirilməsi üçün mühüm amillərdən biridir”.
21 Aprel 2025 Xarici banklar Bakı metrosu üçün kredit ayıra bilər
21 Aprel 2025 Sabah 27 dərəcə isti oIacaq
21 Aprel 2025 Leyla Əliyeva görmə qabiliyyəti məhdud şəxslər üçün məktəbdə - Fotolar
21 Aprel 2025 Leysanda o yolları bağlayın - Merdən çıxış yolu təklifi
21 Aprel 2025 Bu ödənişləri gecikdirsəniz də, adınız - “Qara siyahı”ya düşməyəcək
21 Aprel 2025 Sarıcalı və Ballıca kəndlərinə növbəti köç karvanı yola salındı
19 Aprel 2025 Daha bir qanunsuz tikili söküldü - Video
18 Aprel 2025 Azərbaycanda yeni fırıldaq növü yayılıb: "Kabus toxunuşu" - DİQQƏT
18 Aprel 2025 İtkin şəhidimiz dəfn olundu - FOTOLAR
18 Aprel 2025 Sabah 22 dərəcə isti oIacaq
18 Aprel 2025 Səhhəti pisləşən qaziyə yol polisi kömək etdi - Video
18 Aprel 2025 Hikmət Mirzəyevə ağır itki
18 Aprel 2025 Xankəndinin Baş planı hazırlanır
18 Aprel 2025 Həccə getmək niyə bizdə baha, qonşu ölkələrdə ucuzdur? - AÇIQLAMA
17 Aprel 2025 Kartdan pul oğurlanır: banklar heçmi məsuliyyət daşımır?
17 Aprel 2025 Şamaxı-Qonaqkənd avtomobil yolu zərər gördü – Təcili bərpa işləri başlanılıb
17 Aprel 2025 2 milyard manat ayrılır – Bu şəxslərin maaşı artırıla bilər
17 Aprel 2025 ADY-nin bütün qatarları qrafik üzrə hərəkətini davam etdirir.
17 Aprel 2025 Kamaləddin Qafarov: “Azərbaycan-Gürcüstan əməkdaşlıq əlaqələri daim genişlənir”
16 Aprel 2025 “Qatarların hərəkət cədvəlində hər hansı dəyişiklik yoxdur” - ADY

Xəbər lenti