Qalib müəllim: 18 Oktyabr Müstəqilliyin Bərpası Günüdür

Mehman Qəhrəmanov - Müstəqillik hər bir xalqın milli sərvətidir. Müasir dövrdə isə müstəqillik anlayışı fərqli məzmun daşıyır. Burada əsas məqam formal müstəqilliyə malik olmaq deyil, müstəqil siyasət həyata keçirməkdir.

18 oktyabr 1991-ci il - Azərbaycanın müstəqilliyinin bərpa edildiyi tarix.

Çoxəsrlik tariximizin ilk dövlət müstəqilliyi dövrü cəmi 23 ayı əhatə edir. 71 il sonra müstəqilliyi bərpa etsək də, 24 ay yalnız de-yure müstəqil olduq. Ta ki 1993-cü il oktyabr ayında Heydər Əliyevin hakimiyyətə gəlişinə qədər. Məhz bundan sonra de-fakto müstəqilliyə nail ola bildik. Ulu Öndərin məqsədyönlü siyasəti nəticəsində Azərbaycan beynəlxalq münasibətlər sistemində real müstəqil dövlətlər sırasına qoşula, milli maraqların etibarlı müdafiə mexanizmini yarada bildi.

Və 29 il sonra müstəqilliyin bərpasının növbəti ildönümündə - 18 oktyabr 2020-ci ildə Heydər Əliyevin siyasi varisi olan Prezident İlham Əliyev 44 günlük Zəfər yürüşünün 22-ci günündə xalqımıza daha bir qələbə müjdəsi verdi: “Azərbaycan Silahlı Qüvvələri qədim Xudafərin körpüsünün üzərində Azərbaycan bayrağını qaldırdı”.

Xudafərin qəsəbəsinin azad edilməsi - Azərbaycan əsgərinin Xudafərin körpüsünə çıxaraq üçrəngli bayrağımızı dalğalandırması ilə bir-birini tamamlayan iki tarix siyasi təqvimə yazıldı.

Nəhayət, 44 günlük Vətən müharibəsinin şanlı Qələbə ilə başa çatması və 23 saatlıq antiterror tədbirləri ilə ərazi bütövlüyümüzün tam bərpası - Şuşada son nöqtənin, Xankəndində isə Zəfər nidasının qoyulması müstəqillik zirvəsində suverenliyin bərqərar olunması ilə əlamətdardır. Təqvimin daha bir oktyabrı -  2023-cü il 15 oktyabr tarixini göstərdiyi bir vaxtda…

23 ay davam etmiş ilk milli istiqlal idealımızı məhz 2023-cü ildə dövlət suverenliyinin bərpası ilə taclandırdıq...

Ümummilli Lider Heydər Əliyev Azərbaycanın de-fakto müstəqilliyini təmin etdi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev isə ərazi bütövlüyünün tam bərpasına nail olmaqla milli suverenliyi bərqərar etmiş oldu.

Bu gün, Prezident İlham Əliyevin qeyd etdiyi kimi, “Azərbaycan müstəqil, qürurlu və gələcəyə çox nikbin baxan dövlətdir... Biz müstəqil siyasət aparırıq və bizim siyasətimizə heç bir kənar qüvvə təsir edə bilməz”.

21 Aprel 2025 Sabah 27 dərəcə isti oIacaq
21 Aprel 2025 Leyla Əliyeva görmə qabiliyyəti məhdud şəxslər üçün məktəbdə - Fotolar
21 Aprel 2025 Leysanda o yolları bağlayın - Merdən çıxış yolu təklifi
21 Aprel 2025 Bu ödənişləri gecikdirsəniz də, adınız - “Qara siyahı”ya düşməyəcək
21 Aprel 2025 Sarıcalı və Ballıca kəndlərinə növbəti köç karvanı yola salındı
19 Aprel 2025 Daha bir qanunsuz tikili söküldü - Video
18 Aprel 2025 Azərbaycanda yeni fırıldaq növü yayılıb: "Kabus toxunuşu" - DİQQƏT
18 Aprel 2025 İtkin şəhidimiz dəfn olundu - FOTOLAR
18 Aprel 2025 Sabah 22 dərəcə isti oIacaq
18 Aprel 2025 Səhhəti pisləşən qaziyə yol polisi kömək etdi - Video
18 Aprel 2025 Hikmət Mirzəyevə ağır itki
18 Aprel 2025 Xankəndinin Baş planı hazırlanır
18 Aprel 2025 Həccə getmək niyə bizdə baha, qonşu ölkələrdə ucuzdur? - AÇIQLAMA
17 Aprel 2025 Kartdan pul oğurlanır: banklar heçmi məsuliyyət daşımır?
17 Aprel 2025 Şamaxı-Qonaqkənd avtomobil yolu zərər gördü – Təcili bərpa işləri başlanılıb
17 Aprel 2025 2 milyard manat ayrılır – Bu şəxslərin maaşı artırıla bilər
17 Aprel 2025 ADY-nin bütün qatarları qrafik üzrə hərəkətini davam etdirir.
17 Aprel 2025 Kamaləddin Qafarov: “Azərbaycan-Gürcüstan əməkdaşlıq əlaqələri daim genişlənir”
16 Aprel 2025 “Qatarların hərəkət cədvəlində hər hansı dəyişiklik yoxdur” - ADY
16 Aprel 2025 "Bağırov" körpüsündə qoyulan məhdudiyyət aradan qaldırıldı

Xəbər lenti