|
İşıqforun sarı və qırmızı işığında keçərək qəzaya səbəb olan sürücülərə xəbərdarlıq edilib.
Bu barədə Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi (NİİM) müraciət yayıb.
"Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə görə sürücülər barəsində 100 manat və 3 cərimə balı tətbiq edilir", - deyə bildirilib.