COP29 zolaqlarına girmək qadağası qüvvəyə minir

Bu gecə saat 00:00-dan etibarən Bakı şəhərinin bir sıra küçə və prospektlərində təşkil edilən COP29 zolaqlarına girmək qadağası qüvvəyə minir.

Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat verib.

Bildirilib ki, həmin zolaqların hər birində 5.9, yəni "Marşrut nəqliyyat vasitələri üçün zolaq" yol nişanları quraşdırılıb.

Həmin küçə və prospektlər bunlardır:

Xocalı prospekti, Şah İsmayıl Xətai prospekti, Bünyad Sərdarov, Həsən Seyidbəyli, Şeyx Şamil, Mirzəağa Əliyev, Abdulla Şaiq, Həsənoğlu, Mikayıl Useynov (Bayraq meydanı istiqamətində), Zuğulba yolu və Zığ şosesi.

Azadlıq prospekti, Bülbül prospekti, Neftçilər prospekti, Heydər Əliyev prospekti, Parlament prospekti, Gülarə Qədirbəyova, Niyazi, İstiqlaliyyət, Üzeyir Hacıbəyov, Bakıxanov, Koroğlu Rəhimov, Mehdi Hüseyn, Teymur Elçin, Nəriman Nərimanov, Mikayıl Müşfiq, Həsən Əliyev, Salyan şosesi və Hava limanı şosesi.

COP29 bitəndən sonra həmin zolaqlar ləğv olunacaq?

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) bildirib ki, COP29 tədbirindən sonra heç bir avtobus, velosiped və digər xüsusi zolaqlar ləğv olunmayacaq.

"Zolaqlara çəkilən COP29 loqoları tədbirdən sonra silinəcək və zolaqlar nəqliyyat vasitələrinin hərəkət zolağı kimi fəaliyyət göstərəcək", - deyə məlumatda bildirilib.

COP29-un keçirildiyi dövrdə şəhərin əsas küçə və prospektlərində əsaslı qadağalar olacaq?

COP29 Nəqliyyat Departamentinin rəsmi məlumatına görə, tədbirin keçiriləcəyi dövrdə şəhərin əsas küçə və prospektlərində əsaslı qadağaların qoyulması nəzərdə tutulmayıb. Yalnız noyabrın 11-12-13-də Liderlər Sammitinin keçiriləcəyi dövrdə dövlət və hökumət başçılarının daşıyan kortejlərin keçəcəyi yollarda alternativlər müəyyən olunub.

Həmin günlərdə nəqliyyatın tənzimlənəcəyi planlaşdırılan istiqamətlər Neftçilər prospekti, Yusif Səfərov, Heydər Əliyev prospekti, Zərifə Əliyeva küçəsi və digər yollar daxildir.

Xatırladaq ki, 11-22 noyabr tarixlərində Bakıda, Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) keçiriləcək.

14 May 2025 Ən çox “Green Card” udan Türk ölkəsi - Azərbaycanın sıradakı yeri - SİYAHI
14 May 2025 ŞAD XƏBƏR: Bu şəxslərə pulsuz ev veriləcək - TARİX AÇIQLANDI
14 May 2025 itələrin kəsişdiyi Azərbaycan Dəmiryol Muzeyi.
14 May 2025 “Melissa Group”un rəhbəri həbsdən buraxıldı
14 May 2025 Nazirin yüksək vəzifə verdiyi Leylalar kimdir? - DOSYE
14 May 2025 Qeydiyyata necə düşək? - Cərimələnə bilərsiniz...
14 May 2025 Biləcəridə ağaclar kütləvi şəkildə niyə qırılır? - AÇIQLAMA
13 May 2025 "Son zəng"lə bağlı XƏBƏRDARLIQ
13 May 2025 Sumqayıtda “Bayraktar” istehsal ediləcək
13 May 2025 Bakı metrosunda məsafəyə görə gedişhaqqı... - AÇIQLAMA
13 May 2025 1600 manatadək artırılan müavinət kimlərə ödənilir?
12 May 2025 Mayın 13-də 28 dərəcə isti olacaq
12 May 2025 Albert Aqarunov Şuşada - Foto
12 May 2025 Azərbaycan Ordusunda kibertəhlükəsizliyə və dövlət sirrinin mühafizəsinə dair tədbirlər keçirilir
12 May 2025 Bakıda 17 istiqamətdə sıxlıq var - SİYAHI
10 May 2025 DİN-in əməkdaşları Ulu Öndərin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar ağacəkmə aksiyası keçirib
10 May 2025 Leyla və Arzu Əliyevalar Romada sərgidə - Fotolar
09 May 2025 Böyükşor-Pirşağı yolunun bir hissəsində hərəkət bir-neçə saatlıq məhdudlaşdırılacaq MƏLUMAT
08 May 2025 ADY dəmir yollarında təhlükəsizlik qaydalarının məktəb illərindən öyrədilməsini dəstəkləyir
08 May 2025 Pensiyalar ödənildi

Xəbər lenti