|
Sabahdan, hər gün saat 8:20-dən saat 17:00-a qədər, yenidənqurma və əsaslı təmir işləri ilə əlaqədar Bakı Metropoliteni QSC-nin "Bakmil" stansiyasına giriş-çıxışa məhdudiyyət qoyulacaq.
Qurumdan Axar.az-a verilən məlumata görə, məhdudiyyət tətbiq edilməsində məqsəd sərnişinlərin təhlükəsizliyini təmin etməkdir.