![]() |
|
Qış mövsümünün sərt hava şəraiti yolların təhlükəsizliyi və nəqliyyatın fasiləsiz hərəkəti üçün ciddi maneələr yaradır. Bu çətinliklərin qarşısının alınması məqsədilə 19 saylı Xüsusi Təyinatlı Yol İstismarı MMC-nin balansında olan Şamaxı rayonunun Nərimanov küçəsində operativ və genişmiqyaslı yol təmizləmə işləri görülür.
Bu proses çərçivəsində yolların qardan təmizlənməsi, sürüşmənin qarşısının alınması üçün xüsusi qum-duz qarışığının səpilməsi və nəqliyyat vasitələrinin maneəsiz hərəkətini təmin edəcək digər profilaktik tədbirlər həyata keçirilir. Yol istismar briqadaları gücləndirilmiş iş rejiminə keçərək, qısa müddət ərzində yolları qar və buzlanmadan təmizləyir, hərəkətin təhlükəsizliyini təmin edir.
Xüsusilə qeyd etmək lazımdır ki, qış aylarında yolların təmiz saxlanılması təkcə nəqliyyat vasitələri üçün deyil, həm də piyadalar üçün təhlükəsizlik baxımından mühüm əhəmiyyət kəsb edir. Aparılan təmizləmə və duz-qum qarışığı səpmə işləri nəticəsində həm piyadaların, həm də sürücülərin rahat və təhlükəsiz hərəkəti üçün lazımi şərait yaradılmışdır.
Görülən operativ və yüksək səviyyəli işlərə görə "Yol-xeber.az" saytının rəhbərliyi və kollektivi adından 19 saylı Xüsusi Təyinatlı Yol İstismarı MMC-nin əməkdaşlarına dərin minnətdarlığımızı bildiririk. Onların qış aylarında fədakarlıq göstərərək gecə-gündüz, yorulmadan çalışmaları, yolların təhlükəsizliyini təmin etmək istiqamətində gördükləri işlər yüksək qiymətləndirilməlidir.
Bu kimi operativ tədbirlərin davamlı olaraq həyata keçirilməsi həm vətəndaşların rahatlığını təmin edəcək, həm də qış aylarında yol-nəqliyyat hadisələrinin sayının azalmasına mühüm töhfə verəcəkdir. Şamaxı rayonunda aparılan bu uğurlu işlərə görə əməyi keçən hər kəsə təşəkkür edirik və onların bu fədakar fəaliyyətlərini alqışlayırıq!