|
Xəzər İxtisaslaşmış Hövzə Qəza-Xilasetmə ASC-yə məxsus “Kapitan Rəcəbov” adına buzqıran gəmi satışa çıxarılıb.
Axar.az xəbər verir ki, 1976-cı ildən istismarda olan gəmi Xəzər İxtisaslaşmış Hövzə Qəza-Xilasetmə ASC-nin ləğv edilməsilə bağlı satışa təqdim edilib.
Gəminin ilkin start qiyməti 459.000 manatdan başlayır. Bununla gəmi 3-cü dəfədir satışa çıxarıldığı üçün qiymətinə 10 faiz endirim tətbiq ediləcək.
Gəminin satılması üçün 11 dekabr tarixində hərrac təşkil olunacaq.