Özəl pensiya fondlarının yaradılması vətəndaşlara nə qazandıracaq?

Əmək qanunvericliyinə 200-ə yaxın dəyişiklik üzərində işlər tamamlanmaq üzrədir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, onlardan bir qismi “Əmək Məcəlləsinə” dəyişikliklər, bəziləri isə yeni aktlar kimi təklif olunur. Digər profil qurumlar ilə razılaşdırmaqda olan qanun layihələrindən biri də “Qeyri-dövlət (özəl) pensiya fondarı” ilə bağlıdır. Özəl pensiya fondlarının yaradılması ilə bağlı 20-dən çox normativ hüquqi akt layihəsi hazırlanıb.

Bəs, özəl pensiya fondlarının yaradılması vətəndaşlara nə qazandıracaq?

Milli Məclisin deputatı Vüqar Bayramovun sözlərinə görə, əksər inkişaf etmiş dövlətlərdə vətəndaşlar özəl pensiya fondlarından çox sıx şəkildə istifadə edirlər:

"Özəl pensiya fondu imkan verir ki, vətəndaşlar pensiya yaşına çatdıqda yalnız dövlətdən deyil, özəl fonddan da pensiya ala bilsin. Bu da, təbii ki, pensiya məbləğinin artmasına gətirib çıxarır. Bu kontekstdən, oxşar praktikanın Azərbaycanda tətbiq edilməsinə ehtiyac var idi.

Özəl pensiya fondu yaradılarsa, vətəndaş pensiyaya çıxan zaman iki mənbədən pensiya ala biləcək. Məsələn, əgər onun pensiya məbləği 600 manatdırsa, özəl pensiya fonduna ödədiyi ödənişlər nəticəsində əlavə olaraq, 300 manat almaq imkanı qazanacaq. Bu nümunədə, vətəndaş 600 manat deyil, 900 manat pensiya ala biləcək. Təbii ki, özəl fonddan ödənilən pensiya məbləği birbaşa yığımlardan asılı olacaq. Bu zaman daha çox yığım daha çox pensiya məbləği demək olacaq".

Deputat bildirib ki, özəl pensiya fondlarının digər səciyyəvi xüsusiyyəti həmin fondda yığılan pensiya kapitalından daha tez istifadə imkanıdır:

"Əksər dövlətlərdə özəl fondlarda yığılan kapitaldan pensiya yaşından əvvəl istifadə imkanları var. Digər tərəfdən, xarici təcrübə göstərir ki, bu zaman özəl fondda yığılan vəsaitin aylıq və ya hissə-hissə götürlməsi də mümkün olur. Bu kontekstdən belə fondlar, həm pensiya kapitalından daha tez istifadəyə, həm ödəniş qrafikinin qarşılıqlı razılaşdırılmasına imkan verir.

Bütün bununlar ilə yanaşı, özəl pensiya fondunun etibarlılığı da çox önəmlidir. Çünki belə pensiya fondlar yaranarsa vəsaitlər manatla yığılacaq və onun idarə edilməsi həyata keçiriləcək. Ona görə də burada ilkin kapitalın formalaşdırılması, etibarlılığın artırılması önəm daşıyır. Bu baxımdan, özəl pensiya fondları yaradıldıqdan sonra orada yığılan vəsaitlərin indeksasiyasının həyata keçirilməsi və valyuta risklərinin sığortalanmasına ehtiyac var. Bu isə praktikada daha təkmil mexanizmin hazırlanıb, təqdim edilməsini aktuallaşdırır".

17 İyun 2025 Bakının bu ərazilərində su yoxdur - Ünvanlar
14 İyun 2025 Yol polisi məzunlara və valideynlərə xəbərdarlıq etdi
14 İyun 2025 Bu gün "Son zəng"dir
13 İyun 2025 Natiq İsmayılov: Birlik və həmrəyliyin yeni mərhələsi
13 İyun 2025 Mirqiyas Kazımov: Dövlətçilik tariximizin şanlı səhifəsi
13 İyun 2025 Araz Bəndəliyev: Milli qurtuluşun liderlik nümunəsi
13 İyun 2025 Rəşadət Eyvazov: Ulu Öndər Heydər Əliyevin ideyaları yaşayır və qalib gəlir
13 İyun 2025 Vahid Muradov: 15 iyun – Milli Qurtuluş Günü: məğlubiyyəti qələbəyə çevirən gün
13 İyun 2025 İlham Cəbrayılov: 15 İyun – Milli Qurtuluş Günü: Dövlətçilik ənənələrinin bərpası və siyasi transformasiya mərhələsi
13 İyun 2025 Eldar Abbasov: Zəfər zirvəsi - Milli Qurtuluşdan Şuşa Bəyannaməsinə
13 İyun 2025 Gülağa Əliyev: Milli Qurtuluşdan başlanan tərəqqi və Zəfər yolu
13 İyun 2025 Məhəmməd Musayev: Qurtuluş məfkurəsi - müstəqilliyin dönməzliyini təmin edən Zəfər salnaməsi
13 İyun 2025 Mehman Qəhrəmanov: Azərbaycanı tərəqqi yoluna çıxaran tarixi hadisə: Milli Qurtuluş Günündən Şuşa Bəyannaməsinə
13 İyun 2025 3 milyon vətəndaşı əhatə edən artımlar - Siyahı
13 İyun 2025 Veteranların Prezident təqaüdü artırılacaq?
13 İyun 2025 Hərbi əməliyyatlardan sonra “AZAL”ın bu reysləri ləğv edilib
12 İyun 2025 Sabah 37 dərəcə isti olacaq
12 İyun 2025 Sürücülərin NƏZƏRİNƏ - Avtobus zolaqları ilə bağlı YENİLİK tətbiq olunur
12 İyun 2025 Xocalının daha bir kəndində evlər təmir olunacaq - 5,7 milyon manat ayrıldı
11 İyun 2025 Gələn həftə Azərbaycana Yay fəsli daxil olacaq

Xəbər lenti