Dövlət Gömrük Komitəsi və Mətbuat Şurası gömrük xidmətində həyata keçirilən genişmiqyaslı islahatların nəticəsində əldə olunan nailiyyətlərin kütləvi informasiya vasitələrində obyektiv işıqlandırılması, təbliği, habelə ictimaiyyətlə gömrük arasında əlaqələrin daha da inkişaf etdirilməsini təmin etmək məqsədilə yazı müsabiqəsi elan edir.

Axar.az xəbər verir ki, "Gömrük orqanlarında aparılan islahatlar: müasir tələblər və çağırışlar" mövzusunda yazı müsabiqəsi 30 yanvar gömrük əməkdaşlarının peşə bayramına həsr olunur .

Müsabiqəyə təqdim olunmuş yazıların mükafatlandırılması:

Mükafatlandırılma aşağıdakı formada aparılacaq:

I yer – 1 nəfər - 1000 manat

II yer – 2 nəfər - 800 manat

III yer –2 nəfər - 500 manat

Həvəsləndirici mükafat 5 nəfər - 200 manat

Müsabiqənin istiqamətləndirici mövzuları aşağıdakılardır:

1. Ulu Öndər Heydər Əliyev tərəfindən təməli qoyulmuş və ölkə başçısı cənab İlham Əliyevin davam etdirdiyi müasir gömrüyün inkişaf modelləri;

2. Gömrük sistemində aparılan islahatların gömrük - biznes əməkdaşlığında rolu;

3. Gömrük sahəsində hüquqpozmalara qarşı mübarizə istiqamətində həyata keçirilən tədbirlər, qaçaqmalçılıq hallarının qarşısının alınması, ümumi təhlükəsizlik məsələləri;

4. Gömrük orqanlarının həyata keçirdiyi fiskal siyasət və onun nəticələri;

5. Ticarətin asanlaşdırılması istiqamətində həyata keçirilən tədbirlər;

6. Elektron gömrük fəlsəfəsi; Azərbaycanda bu sahədə görülən işlər, dünya praktikası;

Qiymətləndirmə meyarları:

- mövzuların əhatə olunması, jurnalist araşdırması, əsaslandırma;

- materialın oxucu üçün informasiyalılıq səviyyəsi;

- yazının dil və üslub xüsusiyyətləri, ifadə vasitələrinin zənginliyi;

- jurnalist obyektivliyi, qərəzsizliyi, tərəfsizliyi.

Müsabiqədə iştirak üçün şərtlər:

Müsabiqə elan olunan günədək ən azı bir il müddətində kütləvi informasiya vasitələrində fasiləsiz işləyən jurnalistlər müsabiqədə iştirak edə bilərlər;

Müsabiqəyə təqdim olunan yazı 11 min işarədən artıq olmamalıdır;

Müsabiqəyə təqdim olunmuş yazıda (KİV-də çap olunmuş, yayımlanmış mətndə) "Gömrük orqanlarında aparılan islahatlar: müasir tələblər və çağırışlar" mövzusunda yazı müsabiqəsinə təqdim olunur" qeydi yer almalıdır;

Müsabiqəyə 23 noyabr 2018-ci il tarixindən 21 yanvar 2019-ci il tarixinədək qəzet, jurnal, informasiya agentliklərində və elektron media resurslarında yayımlanmış yazılar buraxılır;

Konkret kütləvi informasiya vasitəsində çalışmayan şəxslər müsabiqədə iştirak edə bilməz.

Yazıların təqdim edilməsi:

Müsabiqəyə sənədlərin qəbulu rəsmi iş günləri saat 10.00-dan 17.00-dək Azərbaycan Mətbuat Şurasında həyata keçiriləcək (Bakı şəhəri, Nərimanov rayonu, Məmməd Araz küçəsi 1).

Müsabiqəyə təqdim olunmalıdır:

1. Yazı təqdim edən şəxsin şəxsiyyət vəsiqəsinin surəti;

2. Yazı təqdim edən şəxsin konkret kütləvi informasiya vasitəsində işlədiyini təsdiqləyən sənədin surəti (iş vəsiqəsi və ya əmək kitabçasından müəllifin KİV-də çalışdığını təsdiqləyən çıxarış);

3. Yazı təqdim edən şəxsin əlaqə vasitələri - ev və iş telefonu və mobil telefon nömrələri;

4. Müsabiqə üçün verilmiş yazının dərc edildiyi qəzet və jurnalın 1 nüsxəsi;

5. Yazı diskdə "Vord" faylında (müəllifin adı göstərilməməklə, "Times New Roman" şriftində) təqdim edilməlidir. Yazı elektron media resursunda yayımlanıbsa, "link" diskə əlavə olunmalıdır;

6. Materialın yazılı formada A4 formatlı kağız vərəqində 1 nüsxəsi (müəllifin adı göstərilməməklə);

7. Təqdimat zamanı müsabiqə şərtlərindən hər hansı birinin yerinə yetirilməməsi qaydaların pozulması kimi qiymətləndiriləcək və yazı qəbul olunmayacaq.

Qeyd: Müsabiqəyə yazılar ms.musabiqe@gmail.com elektron ünvanına da göndərilə bilər. Bu zaman təqdimata yazı ("Vord" faylında, imzasız), qəzet, jurnal nüsxəsi (PDF, JPG, yaxud "Vord" faylında), elektron media resursunda yayımlanıbsa, bunu təsdiqləyən "link", həmçinin müəllifin şəxsiyyət vəsiqəsi, iş vəsiqəsi və ya əmək kitabçasından müəllifin KİV-də çalışdığını təsdiqləyən çıxarış (PDF, JPG, yaxud "Vord" faylında), əlaqə vasitələri (PDF, JPG, yaxud "Word" faylında) əlavə olunmalıdır.

Müsabiqə mükafatçılarının adları 30 yanvar gömrük əməkdaşlarının peşə bayramı ərəfəsində açıqlanacaq.

23 Noyabr 2024 Azərbaycanda Bazar gününün havası açıqlandı
23 Noyabr 2024 COP29 iştirakçıları üçün PULSUZ ictimai nəqliyyat xidməti başa çatır
22 Noyabr 2024 Azərbaycanda “Əmək miqrasiyası kvotasının müəyyən edilməsi Qaydası” dəyişib
22 Noyabr 2024 Qazaxın işğaldan azad olunan kəndlərinə belə nəzarət olunur - FOTOLAR + VİDEO
22 Noyabr 2024 Tikinti işləri aparanların NƏZƏRİNƏ - 5 min manat CƏRİMƏLƏNƏCƏKLƏR
22 Noyabr 2024 DYP-dən küləkli hava ilə bağlı sürücülərə müraciət
22 Noyabr 2024 Elmi adlar ləğv edilə bilər - Nazirdən ŞOK SÖZLƏR!
21 Noyabr 2024 Əlillik pensiyası kəsilən şəxslər nə etməlidir? - Nazirdən açıqlama
21 Noyabr 2024 Azərbaycanda yaşayış minimumu davamlı olaraq artırılacaq - Rəsmi
21 Noyabr 2024 Nazir pensiyalarda proqnozlaşdırılan artımları açıqladı
21 Noyabr 2024 Daha 46 sayda avtobus marşrutunun fəaliyyəti bərpa edilir
21 Noyabr 2024 Baş nazirdən şəhid ailələri ilə bağlı YENİ QƏRAR
20 Noyabr 2024 Bakıda 3, 4 və 5 mərtəbəli binalar söküləcək - Bu ünvanlardan başlanacaq
20 Noyabr 2024 Jurnalistlərə müjdə: qanun müzakirəyə çıxarıldı
19 Noyabr 2024 Gələn il xalis minimum əməkhaqqı nə qədər olacaq? - Sahələr üzrə MƏBLƏĞLƏR
19 Noyabr 2024 Kirayə qalanların DİQQƏTİNƏ: Bunu etmək sizin üçün vacibdir
19 Noyabr 2024 Orta əmək pensiya 531 manat, yaşa görə orta pensiya 569 manat olacaq - Nazir
19 Noyabr 2024 Sosial yardım nə qədər artırılacaq? – Detallı izah
19 Noyabr 2024 Ardıcıl 6 gün iş olmayacaq - TARİXLƏR
19 Noyabr 2024 Kamaləddin Qafarov: “Ağdamın azad olunması müharibənin dönüş nöqtəsi idi”

Xəbər lenti