|
Dövlət Gömrük Komitəsi (DGK) Bakı Baş Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında, Özbəkistandan Bakıya gələn yükə baxış keçirilib.
DGK-dan Axar.az-a verilən məlumata görə, avtomaşınla daxil olan və müvafiq gömrük bəyannaməsilə bəyan edilən yükə baxış zamanı, bəyan edilən mallardan əlavə gömrük orqanına bəyan olunmayan 20 ədəd "Shivaki Air Conditioner 18000 BTU/H" markalı kondisionerin hissələri aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.