|
6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən Qəbələ rayonunda keçirilən reyd zamanı Qəbələ Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Vəndam meşəbəyliyinin 4 saylı dolayında atəş səsləri eşidilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, dolaya yaxınlaşan əməkdaşlar bir baş dişi maralın vurulduğunu müşahidə ediblər.
Brakonyerlərin şəxsiyyətlərinin müəyyən edilərək məsuliyyətə cəlb olunmaları üçün Qəbələ rayon Polis Şöbəsinə müraciət edilib.
Adı Azərbaycan “Qırmızı Kitab”ına düşən maralı ovlayan şəxslərin kimliyinin müəyyən edilməsi məqsədilə təhqiqat aparılır.