|
Türkiyənin İstanbul şəhərinin Arnavutköy məhəlləsində məktəbin divarına Milli Qəhrəman Mübariz İbrahimovun rəsmi çəkilib.
Kult.az xəbər verir ki, bu barədə İstanbulda yaşayan azərbaycanlı müəllim İxtiyar Abdal sosial şəbəkədə yazıb.
“Məktəb müdiri Halis Maranqoz türk xalqının qəhrəman oğlu Mübariz İbrahimovun rəsmini Azərbaycan bayrağı ilə birlikdə divara həkk etdirib. Dəyərli müəllimimizə Azərbaycan vətəndaşları, eləcə də bütün türklər adından təşəkkür edirəm”, - İ.Abdal qeyd edib.