|
“Bakcell” ilkə imza ataraq, abunəçiləri üçün “Elektron pul kisəsi xidməti” (E-Wallet) istifadəyə verəcək.
Axar.az xəbər verir ki, bu barədə şirkətin Əlavə Dəyər Xidmətləri üzrə şöbə müdiri Fərəh Allahverdiyeva jurnalistlər üçün təşkil edilən “Mobil Telekommunikasiyaya Giriş” adlı təlimdə deyib.
O bildirib ki, hər bir abunəçinin mobil nömrəsi həm də onun bank hesabına çevriləcək:
“Bu xidmət imkan verəcək ki, abunəçi hesabından müxtəlif ödənişlər etsin. Hazırda “Bakcell”in elektron pul kisəsi xidməti üzərində hazırlıq işləri aparılır. Bu xidmətin gələn il istifadəyə verilməsi planlaşdırılır. Elektron pul kisəsi bank kartına çox oxşadığı üçün abunəçi balansını istənilən şəkildə artıra biləcək. Buraya hesabın istənilən valyutada saxlanılması, hesabın əməliyyat tarixçəsi, hesaba pul keçirilmə və çıxarılması, mobil telefon hesabının ödənişləri, müxtəlif TV, internet və sair daxildir”.