|
“Forbes” jurnalı dünyanın ən uğurlu və ən uğursuz 10 milyarderinin siyahısını hazırlayıb.
Axar.az xəbər verir ki, ən uğurlu milyarderlər arasında siyahıya “Amazon”un rəhbəri Cef Bezos rəhbərlik edib. Onun 2018-ci ildə sərvətinin 27,9 milyard dollar artaraq 217,2 milyard dollara çatdığı vurğulanıb. İkinci yerdə “Uniqlo” brendinin təsisçisi Tadasi Yanai yer tutub (sərvəti 7 milyard dollar artaraq, 27,1 milyarda çatıb).
İlk üçlüyü “Lukoyl”un rəhbəri Vahid Ələkbərov qapadıb. Dünyanın ən zəngin azərbaycanlısının sərvəti il ərzində 4,6 milyard dollar artaraq 19,5 milyard dollara çatıb. Ələkbərovdan sonrakı yerlərdə mediamaqnat Rupert Merdok, Leonid Mixelson, Gennadi Timçenko, Stiv Balmer, Mukeş Ambani, Bil Qeyts və İlon Mask qərarlaşıb.
Ən uğursuzlar siyahısına isə Feysbukun rəhbəri Mark Zukerberq rəhbərlik edib. Zukerberq il ərzində 18,7 milyard dollar itirib. Ondan sonrakı yeri “Zara”nın sahibi Amansio Orteqa (16,2 milyard itki), Georq Şefler (14 milyard itki), Ma Xuaten (10,1 milyard itki), Karlops Slim (9,3 milyard itki) və digərləri tutub.