Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin İctimaiyyətlə əlaqələr və təbliğat sektorunun müdiri polkovnik Hikmət Xudiyevin APA-ya müsahibəsi.

 

- Bu ilin birinci yarısında ölkədə yanğınların statistikası necə dəyişib?

- Bu il iyulun 17-dək respublikada baş vermiş təbii, texnogen xarakterli yanğın və digər fövqəladə hadisələrlə bağlı daxil olan müraciətlərə əsasən, Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvə və vasitələrinin yanğın yerinə çıxışlarının sayı 8495 olub. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 2154 çıxış çoxdur. Yanğınlar 1188 yaşayış yerində baş verib. Bu dövrdə 13 yanğın hadisəsi yüksək saylı çağırışla söndürülüb. Digər yanğınların qarşısı hadisə yerinə çatan ilk bölmələr tərəfindən vaxtında alınıb, yanğınların yayılmasına və digər ağır fəsadlarla nəticələnməsinə imkan verilməyib.

 Bu ilin statistikasından danışanda taxıl zəmilərində, biçilmiş taxıl sahələrində baş vermiş yanğınlara nəzər yetirməmək olmur. Təəssüf ki, hələ də bu sahələrdə çalışan bəzi vətəndaşlarımız yanğın təhlükəsizliyi qaydalarının tələblərinə riayət etmirlər. Dənli və texniki bitkilərin, o cümlədən taxıl tədarükü dövründə strateji əhəmiyyətli məhsulların yanğından qorunması üçün zəruri olan yanğın təhlükəsizliyi tədbirləri düzgün həyata keçirilmir, bu məhsulların yığılmasına hazırlıq, məhsul yığımı, onların daşınması və tədarükü zamanı yanğın təhlükəsizliyi qaydalarının pozulması hallarına yol verilir. Müəyyən məqsədlər üçün biçilmiş sahələrdə yanğınlar törədilir və bu yanğınlar nəzarətsiz qalaraq daha geniş əraziləri əhatə edir. Məhz elə yanğın təhlükəsizliyi məsələlərinə laqeyd münasibətin nəticəsidir ki, bu ilin iyul ayının 17-dək taxıl zəmilərində yanğınların sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 4 dəfə artaraq 87-ə, biçilmiş sahələrdə isə yanğınların sayı təxminən 3 dəfə artaraq 462-yə çatıb.

foto-yangin-1.jpg (74 KB)

Dövlət Yanğından Mühafizə Xidmətinin Yanğınsöndürmə Qüvvələrinin İdarəetmə Mərkəzinin “101” çağırış zəng xidmətinə vətəndaşlar tərəfindən daxil olmuş müraciətlərə əsasən yanğın hadisələri zamanı 316-sı uşaq olmaqla, 1062 insan yanğın yerindən təxliyə olunub, 78 nəfər xəsarət alıb. Dövlət Yanğından Mühafizə Xidmətinin xilasediciləri tərəfindən 30 nəqliyyat və digər qəzalara çıxışlar zamanı 21 nəfər xilas edilib.

 

- Taxıl sahələri və yüksək dağlıq ərazilərdə, o cümlədən meşə və meşə zolaqlarında yanğınların söndürülməsi zamanı qarşıya hansı çətinliklər çıxır? Bəzən sosial şəbəkələrdə, bir sıra media orqanlarında yanğınsöndürmə avtomobillərindən suyun tez qurtarması, yaxud olmaması barədə fikirlər yer alır. Bu, nə dərəcədə həqiqəti əks etdirir?

Taxıl sahələri və yüksək dağlıq ərazilərdə, o cümlədən meşə və meşə zolaqlarında yanğınların söndürülməsində çətinliklərimiz olur. Həmin sahələrdə yanğınlar zamanı bir çox hallarda ərazi və relyef yanğın texnikalarının, xüsusən də iri həcmdə su tutumu olan yanğın avtomobillərinin hadisə yerinə cəlb olunmasına imkan vermir. Yanğın yerinin yaxınlığında təbii su mənbələrinin olmaması da yanğınsöndürmə işini çətinləşdirir. Bütün bunlara baxmayaraq, şəxsi heyətin peşəkarlığı və əzmkarlığı sayəsində hesabımızda olan yanğınsöndürmə avadanlıqları ilə taxıl sahələri və yüksək dağlıq ərazilərdə, meşə və meşə zolaqlarında yanğınların söndürülməsini təmin edirik. Bu işdə FHN-nin aviasiya qüvvələrindən də istifadə olunur.

Yanğın avtomobillərində suyun olmaması və bu səpkidə olan fikirlərə gəldikdə, bu fikirləri qəti olaraq qəbul etmirəm. Bircə onu nəzərə almaq lazımdı ki, əsas yanğın maşınlarının su çəninin müəyyən bir tutumu var, hər maşında da çəni tuta bildiyi qədər su olur. Bir də vətəndaşlarımızın diqqətinə onu da çatdırmaq istərdim ki, hər bir “qırmızı maşın” su tutumuna malik deyil, yanğın avtomobillərinin təyinatı müxtəlifdir. Təəssüf ki, vətəndaşlarımızda yanlış olaraq belə bir təsəvvür yaranıb ki, yanğın yerində yanğınsöndürmə ilə bağlı müxtəlif vəzifələri icra edən yanğın avtomobillərinin hamısında su çəni var. Bir daha vurğulamaq istərdik ki, yanğınlar əsasən müxtəlif təsərrüfat subyektlərinə mənsub su mənbələrindəki su ilə söndürülür.

 - Yanğından mühafizə sahəsində görülən tədbirlər nə dərəcədə effektlidir?

 - Sadaladığım rəqəmlər daim dövlət başçımızın qayğısı ilə əhatə olunmuş Fövqəladə Hallar Nazirliyinin, o cümlədən Dövlət Yanğından Mühafizə Xidməti qurumlarının fəaliyyətinin bilavasitə effektliliyini əks etdirir. Hazırda FHN-nin Dövlət Yanğından Mühafizə Xidməti və onun qurumları respublika ərazisində baş vermiş yanğınların söndürülməsini, bununla bağlı təxirəsalınmaz xilasetmə işlərini müasir dövrün tələblərinə uyğun şəkildə uğurla həyata keçirir.

 fhn-helikopter-1.jpg (54 KB)

- Yanğınların söndürülməsi zamanı amfibiya təyyarə və helikopterlərdən hansı hallarda istifadə edilir. Xidmətin belə amfibiya təyyarə və helikopterlərə ehtiyacı hansı səviyyədədir?

- Dövlət başçımızın yanğın təhlükəsizliyinin təmin olunmasına göstərdiyi xüsusi diqqət və qayğı nəticəsində dünyada 5 ədəd “BE-200 ÇS” çoxfunksiyalı amfibiya-təyyarədən birinin Azərbaycana gətirilərək döyüş hesabına qoyulması təmin edilib. “Be-200ÇŞ” amfibiya-təyyarə yanğınların söndürülməsi, axtarış-xilasetmə işlərinin yerinə yetirilməsi, dəniz akvatoriyalarında keşik çəkməsi, ekoloji monitorinq, eləcə də yük sərnişin daşımaları üçün texniki-uçuş xüsusiyyətlərinə malik olaraq, yanğınsöndürənləri və yanğınsöndürmə vasitələrini əlçatmaz regionlara çatdırılmasında əvəzsiz rol oynayır. Bununla yanaşı, təyyarənin yük kabinəsində yerləşdirilmiş 1.2 kubmetrlik çənlərdə saxlanılan kimyəvi retardantlar su ilə qarışaraq yanğının söndürülməsi təsirini yüksəldir. FHN-nin Aviasiya xidmətinin döyüş hesabına qoyulmuş “BE-200 ÇS” çox funksiyalı amfibiya-təyyarə və helikopterlər yanğınsöndürmə sahəsinin texniki imkanlarını artırır. Dövlət Yanğından Mühafizə Xidməti əsasən yüksək dağlıq ərazilərdə, o cümlədən meşə və meşə zolaqlarında yanğınların söndürülməsi zamanı FHN-nin Aviasiya xidmətinin qüvvəsindən istifadə edir. Hesab edirəm ki, bu qurumun döyüş hesabında olan texnika ölkəmiz üçün yetərlidir. Yeri gəlmişkən, qeyd edim ki, xarici dövlətlərin dəvəti əsasında FHN-nin Aviasiya xidmətinin qüvvələri Rusiya, İsrail və Gürcüstanda iri və mürəkkəb yanğınların söndürülməsində yaxından iştirak ediblər.

Son zamanlar qəza və yanğın nəticəsində enerji müəssisələrinin fəaliyyətində fasilələrə yol verilir. Bu tipli müəssisələrdə yanğın təhlükəsizliyinin təmin olunması üçün hansı məsələlər diqqət mərkəzində olmalıdır? Yeri gəlmişkən, “Azərbaycan İstilik Elektrik Stansiyası”nın yanğından mühafizəsi necə təşkil olunub, stansiyanın yanğından mühafizəsi üçün ayrıca yanğından mühafizə qurumu varmı?

- Bu sualınızın cavabı geniş bir mövzunu özündə əhatə etsə də, prioritet sahələrə toxunmaqla sualınızı cavablandırmağa çalışacağam. Birinci növbədə qeyd edim ki, qanunvericiliyin və normativ aktların tələblərinə uyğun olaraq, energetika müəssisələrinin yanğın təhlükəsizliyinin vəziyyətinə görə məsuliyyət həmin müəssisə və təşkilat rəhbərlərinin üzərinə düşür.

Qanunvericiliyin və normativ aktların tələblərinə uyğun olaraq, energetika müəssisələrinin yanğın təhlükəsizliyinin vəziyyətinə görə məsuliyyət həmin müəssisə və təşkilat rəhbərlərinin üzərinə düşür.


Hər bir energetika müəssisəsi “Elektrik stansiyaları və şəbəkələrinin texniki istismarı qaydaları”nda (ESŞTİQ), “Elektrik qurğularının quraşdırılması qaydaları”nda (EQQQ), elektrik energetika sahəsi təsərrüfatının müvafiq yuxarı idarəedici orqanlarının sərəncam sənədlərində əksini tapan yanğına qarşı tədbirlərin yerinə yetirilməsini təmin etməlidir. Hər bir energetika müəssisəsinin struktur bölmələrinin rəhbərləri, sexlərin, yarımstansiyaların, laboratoriyaların, emalatxanaların, anbarların və s. rəisləri, həmçinin yanğın təhlükəsizliyinə cavabdeh şəxslər onlara tapşırılmış sahələrdə yanğına qarşı müəyyən olunmuş rejimə riayət edilməsinə və yanğın təhlükəsizliyini yüksəldən tədbirlərin qoyulmuş vaxtlarda yerinə yetirilməsinin təmin edilməsinə, texnoloji avadanlığın texniki tələblərə və layihə həllinə müvafiq surətdə sazlığını və normal rejiminin təmin edilməsinə, yanğına və ya alovlanmaya səbəb ola biləcək nasazlıqların yubanmadan aradan qaldırılması üçün tədbirlər görülməsinə görə məsuliyyət daşıyır.

Hər bir energetika müəssisəsində yanğının aşkar edilməsi və söndürülməsi üzrə bütün vasitələrin saz halda və işə daim hazır saxlanması təmin olunmalıdır. Energetika müəssisələrində dövlət standartında “Siqnal rəngləri, yanğın təhlükəsizliyi nişanları, növləri, ölçüləri, ümumi texniki tələblər”də nəzərdə tutulmuş yanğın təhlükəsizliyi nişanları tətbiq edilməli, hər bir işçi öz iş yerində və müəssisənin başqa binaları və ərazisində yanğın təhlükəsizliyi üzrə müəyyən edilmiş tələbləri bilməli, onlara riayət etməli və yanğın baş verdikdə yubanmadan öz rəhbərliyinə, ya da əməliyyat heyətinə yanğının yeri barədə xəbər verməli, mövcud yanğınsöndürmə vasitələri ilə və təhlükəsizlik tədbirlərinə riayət etməklə yanğını söndürməyə başlamalıdır.

Sadaladığım və yanğın təhlükəsizliyi ilə bağlı digər tələblərə riayət olunmasına “Azərbaycan” İstilik Elektrik Stansiyasının yanğından mühafizəsini təmin edən Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qurumu tərəfindən nəzarət olunur. Sualınızı tam cavablandıraraq diqqətinizə çatdırmaq istərdim ki, baş verə biləcək yanğın və qəzaların nəticələrinin operativ şəkildə aradan qaldırılması üçün “Azərbaycan” İstilik Elektrik Stansiyasının ərazisində Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq yanğından mühafizə hissəsi fəaliyyət göstərir.

 yangin-foto-2.jpg (88 KB)

- Bakı və digər şəhərlərdə binalarda və sosial obyektlərdə yanğının söndürülməsi üçün mühüm əhəmiyyət kəsb edən hovuzlarla bağlı vəziyyət neçədir?

- Yanğının söndürülməsində su mənbələrinin, o cümlədən yanğın hidrantlarının, hovuzlarının xüsusi rolu var. Qeyd edim ki, dövlət qurumları, sahibkarlar tərəfindən yanğın su mənbələrinin yaradılması üçün xeyli işlər görülüb. Amma təəssüf hissi ilə qeyd etmək istərdim ki, ayrı-ayrı şəhər və rayonlarda “Azərsu” QSC tərəfindən quraşdırılmış yanğın hidrantlarının başlıqları və qapaqları ayrı-ayrı şəxslər tərəfindən oğurlanaraq metal qəbulu məntəqələrinə təhvil verilir. Yerüstü yanğın hidrantları avtomobillərlə vurularaq sıradan çıxarılır, müəyyən hallarda isə yerüstü yanğın hidrantlarının yaxınlığında, yeraltı yanğın hidrantlarının isə üstündə nəqliyyat vasitələri saxlandığından istifadəsi mümkün olmur. Məhəllələrdə inşa olunmuş, müvafiq icra hakimiyyəti orqanlarının balansında olan bir sıra yanğın su hovuzları isə baxımsızlıq səbəbindən istismara yararsız haldadır. Bu hovuzlara texniki qulluq göstərilmir, onların doldurulma xətləri işlək vəziyyətdə olmur və ya tamamilə kəsilir, hovuzların içərisi ayrı-ayrı şəxslər tərəfindən məişət tullantıları ilə doldurulur, ətrafı əsasən sutkanın axşam vaxtları sakinlər tərəfindən minik avtomobilləri ilə tutulduğundan yanğın avtomobillərinin, xüsusilə avtonərdivanların binanın yaxınlığına yaxınlaşması, eləcə də yanğın zamanı su hovuzlarından istifadəsi mümkün olmur. Mən fürsətdən istifadə edərək bir daha vətəndaşlarımızı yanğın təhlükəsizliyi məsələlərinə daha diqqətli olmağa dəvət edirəm.

22 Noyabr 2024 Azərbaycanda “Əmək miqrasiyası kvotasının müəyyən edilməsi Qaydası” dəyişib
22 Noyabr 2024 Qazaxın işğaldan azad olunan kəndlərinə belə nəzarət olunur - FOTOLAR + VİDEO
22 Noyabr 2024 Tikinti işləri aparanların NƏZƏRİNƏ - 5 min manat CƏRİMƏLƏNƏCƏKLƏR
22 Noyabr 2024 DYP-dən küləkli hava ilə bağlı sürücülərə müraciət
22 Noyabr 2024 Elmi adlar ləğv edilə bilər - Nazirdən ŞOK SÖZLƏR!
21 Noyabr 2024 Əlillik pensiyası kəsilən şəxslər nə etməlidir? - Nazirdən açıqlama
21 Noyabr 2024 Azərbaycanda yaşayış minimumu davamlı olaraq artırılacaq - Rəsmi
21 Noyabr 2024 Nazir pensiyalarda proqnozlaşdırılan artımları açıqladı
21 Noyabr 2024 Daha 46 sayda avtobus marşrutunun fəaliyyəti bərpa edilir
21 Noyabr 2024 Baş nazirdən şəhid ailələri ilə bağlı YENİ QƏRAR
20 Noyabr 2024 Bakıda 3, 4 və 5 mərtəbəli binalar söküləcək - Bu ünvanlardan başlanacaq
20 Noyabr 2024 Jurnalistlərə müjdə: qanun müzakirəyə çıxarıldı
19 Noyabr 2024 Gələn il xalis minimum əməkhaqqı nə qədər olacaq? - Sahələr üzrə MƏBLƏĞLƏR
19 Noyabr 2024 Kirayə qalanların DİQQƏTİNƏ: Bunu etmək sizin üçün vacibdir
19 Noyabr 2024 Orta əmək pensiya 531 manat, yaşa görə orta pensiya 569 manat olacaq - Nazir
19 Noyabr 2024 Sosial yardım nə qədər artırılacaq? – Detallı izah
19 Noyabr 2024 Ardıcıl 6 gün iş olmayacaq - TARİXLƏR
19 Noyabr 2024 Kamaləddin Qafarov: “Ağdamın azad olunması müharibənin dönüş nöqtəsi idi”
19 Noyabr 2024 Fazil Musayev: Azərbaycanda COP29-a yüksək təşkilatçılıqla öz nümunəvi modelini dünya birliyinə təqdim etməklə, hər zaman üzərinə düşən öhdəliyə vicdanla və peşəkarlıqla yanaşdığını göstərir
19 Noyabr 2024 Məhəmməd Musayev: Böyük Zəfər və sabitlik yolu

Xəbər lenti