|
Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə dekabrın 31-i saat 00:00-da paytaxtın Dənizkənarı Milli Parkının ərazisində möhtəşəm atəşfəşanlıq təşkil olunacaq.
Bu barədə Axar.az-a-a Bakı Şəhər İcra Hakimiyyətindən məlumat verilib.
Bildirilib ki, bayram şənlikləri münasibətilə Azadlıq meydanında şəhərimizin ən böyük yolkası quraşdırılıb. Eyni zamanda, Dənizkənarı Milli Parkın ərazisi və digər parklar bəzədilib, yolkalar qurulub, buradakı ağacların çilçıraqlarla bəzədilməsi, müxtəlif yeni il atributların və simvollarınin, nağıl qəhrəmanları fiqurlarının quraşdırılması, burada bayram tərtibatının aparılması işləri həyata keçirilib, müxtəlif yerlərdə bayram yarmarkaları təşkil olunub.
Bakı Şəhər İcra Hakimiyyəti sakinləri və şəhərimizin qonaqlarını atəşfəşanlığı seyr etmək üçün dekabrın 31-də saat 00.00-da Dənizkənarı Milli Parka, saat qülləsinin ətrafına dəvət edir.