Azərbaycanın İlk Mobil Operatoru və Ən Sürətli Mobil İnternet Provayderi “Bakcell” şirkəti jurnalistlər üçün növbəti dəfə “Mobil telekommunikasiyaya giriş” adlı seminar keçirib.

Axar.az xəbər verir ki, ardıcıl olaraq beş ildir ki təşkil olunan ənənəvi seminarın əsas məqsədi jurnalistləri mobil telekommunikasiya sahəsinin əsasları, müasir texnologiyalar, innovasiyalar və son tendensiyalar barədə maarifləndirməkdir. Ölkənin bir çox aparıcı media qurumlarını təmsil edən 30-dan çox jurnalistin iştirak etdiyi seminar mobil telekommunikasiya üzrə məlumatlılığın və bu sahədən yazan jurnalistlərin peşəkarlığının artırılmasına xidmət edir.

“Mobil telekommunikasiya ən sürətlə inkişaf edən sahələrdən biridir. Buna görə də mobil rabitə xidmətindən istifadə edən abunəçilərin davranış və tələbləri, eyni zamanda mobil operatorların təklif etdiyi məhsul və xidmətlər tez-tez yenilənir. Telekommunikasiya və informasiya texnologiyaları sahəsindən yazan jurnalistlərin bu sahədəki yeniliklərdən xəbərdar olması və onların peşəkarlığının artırılması üçün biz bu layihəni davamlı olaraq həyata keçiririk”, - deyə "Bakcell" şirkətinin İctimaiyyətlə Əlaqələr və Korporativ Kommunikasiyalar Departamentinin rəhbəri Süheylə Cəfərova bildirib.

Şəki şəhərində keçirilən seminarda “Mobil internetdə son durum: tətbiqlər və cihazlar”, “Video istehlakı – müasir kontent siyasətin aparıcı gücü”, “Mobil Maliyyə xidmətləri”, “Müştəri Xidmətlərinin Rəqəmsallaşdırıması”, “4G şəbəkəsinin üstünlükləri və əhatə dairəsi” və “Rəqəmsal Nəsil” mövzularında interaktiv sessiyalar keçirilib. “Bakcell”in müvafiq sahələr üzrə aparıcı mütəxəssisləri həmçinin jurnalistlərə şirkətin ən son məhsul və xidmətləri, o cümlədən “Wi-Fi Evinizdə” adlanan cihaz barədə ətraflı məlumat veriblər.

Qeyd edək ki seminar 2 gün davam edib.

21 Aprel 2025 Sabah 27 dərəcə isti oIacaq
21 Aprel 2025 Leyla Əliyeva görmə qabiliyyəti məhdud şəxslər üçün məktəbdə - Fotolar
21 Aprel 2025 Leysanda o yolları bağlayın - Merdən çıxış yolu təklifi
21 Aprel 2025 Bu ödənişləri gecikdirsəniz də, adınız - “Qara siyahı”ya düşməyəcək
21 Aprel 2025 Sarıcalı və Ballıca kəndlərinə növbəti köç karvanı yola salındı
19 Aprel 2025 Daha bir qanunsuz tikili söküldü - Video
18 Aprel 2025 Azərbaycanda yeni fırıldaq növü yayılıb: "Kabus toxunuşu" - DİQQƏT
18 Aprel 2025 İtkin şəhidimiz dəfn olundu - FOTOLAR
18 Aprel 2025 Sabah 22 dərəcə isti oIacaq
18 Aprel 2025 Səhhəti pisləşən qaziyə yol polisi kömək etdi - Video
18 Aprel 2025 Hikmət Mirzəyevə ağır itki
18 Aprel 2025 Xankəndinin Baş planı hazırlanır
18 Aprel 2025 Həccə getmək niyə bizdə baha, qonşu ölkələrdə ucuzdur? - AÇIQLAMA
17 Aprel 2025 Kartdan pul oğurlanır: banklar heçmi məsuliyyət daşımır?
17 Aprel 2025 Şamaxı-Qonaqkənd avtomobil yolu zərər gördü – Təcili bərpa işləri başlanılıb
17 Aprel 2025 2 milyard manat ayrılır – Bu şəxslərin maaşı artırıla bilər
17 Aprel 2025 ADY-nin bütün qatarları qrafik üzrə hərəkətini davam etdirir.
17 Aprel 2025 Kamaləddin Qafarov: “Azərbaycan-Gürcüstan əməkdaşlıq əlaqələri daim genişlənir”
16 Aprel 2025 “Qatarların hərəkət cədvəlində hər hansı dəyişiklik yoxdur” - ADY
16 Aprel 2025 "Bağırov" körpüsündə qoyulan məhdudiyyət aradan qaldırıldı

Xəbər lenti