Gəncə olayları ilə bağlı həbs edilənlərdən biri illər öncə “Cümhuriyyət” qəzetinin baş redaktoru Rəfail Becanovu təhqir edərək, hədələyib.

Baş redaktor bu barədə keçirilən tədbirlərin birində açıqlayıb.

Baş redaktoru hədələyən konkret kim olub? Rəfail Becanov həmin şəxs barəsində şikayətçi olacaqmı? Olaya səbəb nə olub?

Məsələ ilə bağlı Rəfail Becanov “Yeni Müsavat”a danışıb. Baş redaktor qeyd edib ki, konkret olaraq həmin şəxs barəsində heç bir şikayəti yoxdur: “2015-ci ilin noyabrında sosial şəbəkədə Elçin Qasımov adlı istifadəçinin adından ”polis idarələrini, maşınlarını yandırın, daşlayın" deyə çağırışlar edilmişdi. Bizim qəzet və saytımız bu məsələni ictimailəşdirdi, hesab etdik ki, bu təhlükəli çağırışdır. Hətta məsələ ilə bağlı hüquqşünas  Mehman Muradlıdan müsahibə aldıq. Yazımızdan sonra sosial şəbəkələrdə təhqir və təhdid olunmağa başladıq.

Qeyd edim ki, adı çəkilən Elçin Qasımov “Müsəlman Birliyi Hərəkatı” təşkilatın sədr müavini kimi təqdim olunurdu. O, 2015-ci ilin noyabrında Sabunçu rayonu ərazisində ictimai qaydanı pozan xırda xuliqanlıq hərəkətlərinə yol verdiyinə və polisə müqavimət göstərdiyinə görə saxlanılaraq 30 sutka həbs edilmişdi. Bundan sonra sosial şəbəkələrdə onun profili vasitəsi ilə polislərə qarşı təhlükəli çağırışlar olmuşdu.

Beləliklə, biz bu məsələni ictimailəşdirdiyimə görə qəzet və saytımız, o cümlədən şəxsən mən təhdid və təhqirlərə məruz qaldıq. Bütün bunlar sosial şəbəkələrdə baş verdi, biz bunu informasiyaya çevirmədik. Onların arasında xüsusən özünü dindar kimi qələmə verən Samir İbrahimov adlı şəxs fəallıq göstərir, qəzetimizin müxtəlif şəkillərini yayıb, təhqir edirdi.

Bildirim ki, yazılarımızda söhbət onların dindar olmasından deyil, radikal hərəkətlərindən, təhlükəli çağırışlarından gedirdi".

Xatırladaq ki, Samir İbrahimov bu ilin 10 iyul tarixində Gəncə şəhərində törədilən cinayətlərlə bağlı həbs edilib. O, gecə saatlarında Azərbaycan - Gürcüstan sərhədini Qazax rayonu ərazisindən keçmək istəyərkən saxlanılıb.

11 Aprel 2025 Quru sərhədin açılması təxirə salınıb? - Mayın 1-i xəbəri...
11 Aprel 2025 Gizirlərə, miçmanlara, zabitlərə və kursantlara bu qaydada həbs cəzası ləğv edilir
11 Aprel 2025 Hərbi xidmətdə son yaşı həddi müəyyən edilməyən şəxslərin dairəsi genişləndirilir
11 Aprel 2025 Qatarda ödəniş etmədən gedən sərnişinlər cərimələnəcək
11 Aprel 2025 Milli Məclis Xanlar Vəliyevin yeni vəzifəsini təsdiqlədi - And içdi
11 Aprel 2025 Ağdərənin Həsənriz kəndinə növbəti köç karvanı yola salınıb
11 Aprel 2025 Metroda təmir gedəndə ekspress avtobuslar işləyəcək
11 Aprel 2025 “28 May”dan ancaq bu qatarlara minə biləcəyik - Nələr dəyişəcək?
11 Aprel 2025 Bu küçəyə İrəvaninin adı verildi - Fotolar
10 Aprel 2025 Bu nazirliklər Bakıdan köçürülə bilər - ADLAR
10 Aprel 2025 Bakıda sürücü iki DYP maşınını əzdi, bir polis xəsarət aldı - TƏFƏRRÜAT
10 Aprel 2025 Ağdamın Sarıcalı kəndinə növbəti köç karvanı yola salınıb
10 Aprel 2025 Müəllimlərə ŞAD XƏBƏR: Əməkhaqları ARTA BİLƏR - VİDEO
09 Aprel 2025 Xanlar Vəliyevin yeni vəzifəsi dəqiqləşdi
09 Aprel 2025 Suqovuşan və Sarıcalıdakı məktəblərdə dərslər başlayıb - Fotolar
09 Aprel 2025 “28 May” stansiyası nə vaxtdan bağlanır? - Açıqlama
09 Aprel 2025 ADY-nin 145 illiyinə həsr olunmuş ağacəkmə aksiyası keçirildi
08 Aprel 2025 DYP-dən xəbərdarlıq: 2 bal və 60 manat cərimə..
08 Aprel 2025 Buraxılış imtahanının cavabları bu tarixdə elan olunacaq
08 Aprel 2025 PensiyaIar bu tarixdə ödəniləcək

Xəbər lenti