|
Nadir Səlifovun (Lotu Quli) Bakıda ev dustağı olması xəbəri həqiqəti əks etdirmir.
Axar.az xəbər verir ki, bu barədə məlumatı “Sputnik Azərbaycan” Ədliyyə Nazirliyinə istinadən yayıb. Nazirlik Səlifovun Azərbaycana ekstradisiya edilmədiyini bildirib. Belə ki, onun Azərbaycan ərazisinə ekstradisiyası üçün ölkə ərazisində hansısa yeni cinayət törətmədiyi qeyd edilib.
Ədliyyə Nazirliyi həmçinin Qulinin Azərbaycanda olma ehtimalının olduğunu, amma onun burada ev dustaqlığına məhkum edilmədiyini və ya ona qarşı yeni ittihamlar irəli sürülmədiyini bildirib.
Qeyd edək ki, Lotu Quli Azərbaycanda həbsdən azad edildikdən sonra Türkiyəyə gedib. O, İstanbul Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılmışdı.
Bundan öncə mətbuat Qulinin Bakıya gətirilərək, ev dustağı edildiyi haqqında məlumat yayıb.