Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən İmişlidə inşa edilən 6 mərtəbəli 54 mənzilli yaşayış evi şəhid ailələrinin və Qarabağ müharibəsi əlillərinin istifadəsinə verilib.

Axar.az Azərtac-a istinadən xəbər verir ki, dekabrın 28-də yeni yaşayış binasında mənzillərin sənədlərinin təqdim olunması mərasimi keçirilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Aparatının rəhbəri Hidayət Abdullayev çıxış edərək bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizə mühüm tarixi nailiyyətlər qazandıran uğurlu sosial-iqtisadi siyasətinin mərkəzində Azərbaycan vətəndaşı, onun rifah halının yüksəldilməsi prinsipi dayanır. Bunun nəticəsi olaraq, respublikamızda bütün sahələrdə özünü göstərən sürətli inkişaf prosesləri, əldə olunan uğurlar, eyni zamanda, dövlətimizin sosial siyasətinin də ildən-ilə güclənməsi ilə müşahidə olunur.

Hidayət Abdullayev sosial cəhətdən həssas əhali qruplarına daim qayğı ilə yanaşıldığını qeyd edib, hazırda mühüm sosial proqramların uğurla davam etdirildiyini və daha da gücləndirildiyini diqqətə çatdırıb. Bildirib ki, belə sosial proqramlardan biri də ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi uğrunda döyüşlərdə əlil olmuş vətəndaşların və şəhid ailələrinin mənzil-məişət şəraitlərinin yaxşılaşdırılmasına, onların yeni mənzillərlə təminatına xidmət edir.

Şəhid ailələrinin müasir tələblərə uyğun yeni mənzillərlə təminatı sahəsində nazirlik tərəfindən cari ildə görülən işləri qeyd edən H.Abdullayev vurğulayıb ki, dövlət başçısının şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə xüsusi qayğısı bu kateqoriyalardan olan insanların mənzillə təminatının xeyli güclənməsinə səbəb olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2018-ci il 2 avqust tarixli Sərəncamına əsasən, şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün cari ildə əlavə olaraq ən azı 300 mənzilin alınması üçün 20 milyon manat vəsait ayrılıb. Bu da 2018-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən nəzərdə tutulduğundan 3 dəfə çox, yəni 626 mənzilin həmin insanların istifadəsinə verilməsinə imkan yaradıb.

Şəhid ailələrinin və Qarabağ müharibəsi əlillərinin həyat şəraitlərinin yaxşılaşdırılması üçün digər istiqamətlərdə aparılan işlərdən də bəhs edən aparat rəhbəri, həmçinin bu il 265 nəfər Qarabağ müharibəsi əlilinin minik avtomobili ilə təmin olunduğunu, şəhid hərbi qulluqçuların vərəsələrinə birdəfəlik ödənişlərin verilməsi prosesinin davam etdiyini bildirib. O, şəhid ailələrinin üzvlərinə və Qarabağ müharibəsi əlillərinə yeni mənzillə təmin edilmələri münasibətilə təbriklərini çatdırıb.

Yeni mənzillərlə təmin olunan şəhid ailələri və Qarabağ müharibəsi əlilləri sosial təminatlarının gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərin gücləndirilməsinə, dövlətin qayğısı ilə əhatə olunduqlarına, Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ərəfəsində onlara yeni mənzillər verildiyinə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

21 Aprel 2025 Sabah 27 dərəcə isti oIacaq
21 Aprel 2025 Leyla Əliyeva görmə qabiliyyəti məhdud şəxslər üçün məktəbdə - Fotolar
21 Aprel 2025 Leysanda o yolları bağlayın - Merdən çıxış yolu təklifi
21 Aprel 2025 Bu ödənişləri gecikdirsəniz də, adınız - “Qara siyahı”ya düşməyəcək
21 Aprel 2025 Sarıcalı və Ballıca kəndlərinə növbəti köç karvanı yola salındı
19 Aprel 2025 Daha bir qanunsuz tikili söküldü - Video
18 Aprel 2025 Azərbaycanda yeni fırıldaq növü yayılıb: "Kabus toxunuşu" - DİQQƏT
18 Aprel 2025 İtkin şəhidimiz dəfn olundu - FOTOLAR
18 Aprel 2025 Sabah 22 dərəcə isti oIacaq
18 Aprel 2025 Səhhəti pisləşən qaziyə yol polisi kömək etdi - Video
18 Aprel 2025 Hikmət Mirzəyevə ağır itki
18 Aprel 2025 Xankəndinin Baş planı hazırlanır
18 Aprel 2025 Həccə getmək niyə bizdə baha, qonşu ölkələrdə ucuzdur? - AÇIQLAMA
17 Aprel 2025 Kartdan pul oğurlanır: banklar heçmi məsuliyyət daşımır?
17 Aprel 2025 Şamaxı-Qonaqkənd avtomobil yolu zərər gördü – Təcili bərpa işləri başlanılıb
17 Aprel 2025 2 milyard manat ayrılır – Bu şəxslərin maaşı artırıla bilər
17 Aprel 2025 ADY-nin bütün qatarları qrafik üzrə hərəkətini davam etdirir.
17 Aprel 2025 Kamaləddin Qafarov: “Azərbaycan-Gürcüstan əməkdaşlıq əlaqələri daim genişlənir”
16 Aprel 2025 “Qatarların hərəkət cədvəlində hər hansı dəyişiklik yoxdur” - ADY
16 Aprel 2025 "Bağırov" körpüsündə qoyulan məhdudiyyət aradan qaldırıldı

Xəbər lenti