Dekabrın 28-də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində (SHXÇDX) 2018-ci il üzrə xidməti fəaliyyətin yekunlarına və yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırışa hazırlıqla əlaqədar müşavirə keçirilib.

Xidmətdən Axar.az-a verilən məlumata görə, qurumun rəisi, general-leytenant Arzu Rəhimov müşavirədə 2018-ci ildə Xidmət tərəfindən görülmüş işlərə dair hesabat məruzəsi ilə çıxış edib, idarə, şöbə və bölmələrin xidməti fəaliyyətini qiymətləndirib. Bildirib ki, ümummilli lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyi, Silahlı Qüvvələri ilə bağlı ideya və düşüncələrinin əzmlə gerçəkləşdirilməsi işi bu gün Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ali diqqəti və qayğısı nəticəsində uğurla davam və inkişaf etdirilir.

Xidmət rəisi ilk növbədə Azərbaycan Prezidenti İlham Əliyevin Ali Baş Komandanlığı ilə son illər Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində əldə edilən nəticələri vurğulayıb. Qurumun peşəkar kadrlarla komplektləşdirilməsi, maddi-texniki imkanlarının genişləndirilməsi istiqamətində əsaslı işlər görüldüyünü vurğulayıb. Müşavirə iştirakçılarının diqqətini həlli vacib olan məsələlərə yönəldən general-leytenant Arzu Rəhimov Xidmətin fəaliyyət istiqamətlərinə uyğun olaraq, səfərbərlik hazırlığı və səfərbərlik işinin təşkili, vətəndaşların hərbi qeydiyyata alınması, hərbi xidmətə hazırlanması və müddətli həqiqi hərbi xidmətə çağırılması, gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunması istiqamətində həyata keçirilmiş işlərdən və qarşıda duran vəzifələrdən danışıb. Xidmət rəisi vətəndaşların qəbulu və müraciətlərinə baxılması, vətəndaş məmnunluğunun təmin olunması işinin davam etdirilməsi istiqamətində tapşırıq və tövsiyələrini çatdırıb. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrində yol verilmiş nöqsanlar təhlil edilib, çatışmazlıqların aradan qaldırılması və gələcəkdə təkrarlanmamasına dair göstərişlər verilib.

Bildirilib ki, hazırda qurum tərəfindən “ASAN xidmət” mərkəzlərində beş xidmət təqdim olunur, həmçinin elektron xidmətlərin imkanları genişləndirilir. Müddətli həqiqi hərbi xidmətə göndərilən çağırışçıların təyin olunduqları xidmət yerləri barədə SMS vasitəsilə məlumatlandırıldığı və qurumun elektron xidmətləri vasitəsilə məlumat almaq imkanlarının yaradıldığı qeyd edilib. Həmçinin il ərzində Xidmət tərəfindən ictimaiyyət nümayəndələrinin iştirakı ilə təşkil edilmiş tədbirlərin səmərəli nəticələri diqqətə çatdırılıb.

Sonra general-leytenant Arzu Rəhimov Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası vətəndaşlarının 2018-ci il oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” Sərəncamının icrası ilə əlaqədar Xidmət tərəfindən həyata keçiriləcək tədbirlərin təşkili ilə bağlı zəruri məsələlərdən danışıb.

Müşavirəyə yekun vuran general-leytenant Arzu Rəhimov 2019-cu ildə rəhbərlik etdiyi qurum tərəfindən görüləcək işlər və xidməti fəaliyyətin daha yüksək səviyyədə təşkil olunması barədə tapşırıqlarını verib.

Hesabat müşavirəsində 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə Xidmətin şəxsi heyətini təbrik edən Xidmət rəisi əminliklə bildirib ki, qurumun hər bir əməkdaşı üzərinə düşən vəzifələri şərəf və ləyaqətlə yerinə yetirəcək.

Müşavirənin sonunda xidmətdə fərqlənən hərbi qulluqçulara Xidmət rəisinin əmri ilə təltiflər təqdim olunub.

  • Facebook 
  •  
  •  
  •  
21 Aprel 2025 Sabah 27 dərəcə isti oIacaq
21 Aprel 2025 Leyla Əliyeva görmə qabiliyyəti məhdud şəxslər üçün məktəbdə - Fotolar
21 Aprel 2025 Leysanda o yolları bağlayın - Merdən çıxış yolu təklifi
21 Aprel 2025 Bu ödənişləri gecikdirsəniz də, adınız - “Qara siyahı”ya düşməyəcək
21 Aprel 2025 Sarıcalı və Ballıca kəndlərinə növbəti köç karvanı yola salındı
19 Aprel 2025 Daha bir qanunsuz tikili söküldü - Video
18 Aprel 2025 Azərbaycanda yeni fırıldaq növü yayılıb: "Kabus toxunuşu" - DİQQƏT
18 Aprel 2025 İtkin şəhidimiz dəfn olundu - FOTOLAR
18 Aprel 2025 Sabah 22 dərəcə isti oIacaq
18 Aprel 2025 Səhhəti pisləşən qaziyə yol polisi kömək etdi - Video
18 Aprel 2025 Hikmət Mirzəyevə ağır itki
18 Aprel 2025 Xankəndinin Baş planı hazırlanır
18 Aprel 2025 Həccə getmək niyə bizdə baha, qonşu ölkələrdə ucuzdur? - AÇIQLAMA
17 Aprel 2025 Kartdan pul oğurlanır: banklar heçmi məsuliyyət daşımır?
17 Aprel 2025 Şamaxı-Qonaqkənd avtomobil yolu zərər gördü – Təcili bərpa işləri başlanılıb
17 Aprel 2025 2 milyard manat ayrılır – Bu şəxslərin maaşı artırıla bilər
17 Aprel 2025 ADY-nin bütün qatarları qrafik üzrə hərəkətini davam etdirir.
17 Aprel 2025 Kamaləddin Qafarov: “Azərbaycan-Gürcüstan əməkdaşlıq əlaqələri daim genişlənir”
16 Aprel 2025 “Qatarların hərəkət cədvəlində hər hansı dəyişiklik yoxdur” - ADY
16 Aprel 2025 "Bağırov" körpüsündə qoyulan məhdudiyyət aradan qaldırıldı

Xəbər lenti