|
Yanvar ayında Azərbaycanda yeni iqlim rekordları qeydə alına bilər. Qış hər ötən il daha tez gəlib, daha gec gedəcək.
Bu sözləri Axar.az-a açıqlamasında ekoloq Telman Zeynalov deyib.
Ekoloqun sözlərinə görə, yanvar ayının birinci yarısında ölkəmizdə kəskin yağışlar gözlənilir.
“Həddən artıq yağışlı hava barədə proqnoz vermək üçün kifayət qədər əsaslar var. Yağıntılar iqlim normasından artıq olacaq. Azərbaycanın əlaqədar qurumları artıq indidən leysan və hətta mümkün sellərə qarşı hazırlıq aparmalıdır”, - ekoloq bildirib.