|
Sosial şəbəkələrdə maraqlı bir video yayılıb.
Musavat.com xəbər verir ki, Azərbaycan televiziyasının arxiv materialı olan həmin videodakılardan biri də eks-spiker Rəsul Quliyevdir. Ən azı, 30-35 il əvvələ aid olan video-süjet tənqidi xarakterlidir və ətraf mühiti çirkləndirən zavod rəhbərliyini hədəfə alıb. 22-ci Qurultay adına zavodu da kim təmsil etsə yaxşıdır? Baş mühəndisin təbiəti mühafizə üzrə müavini Rəsul Quliyev!
Gənc görünüşlü Quliyev Rəsul Yelena Zamaryonovanın qumbren iddiası qarşısında boynunu bükərək, müttəhim kimi dayanıb və zəif səslə zavodunu müdafiə etməyə çalışır. Görünən budur ki, zavod rəhbərliyi sadəcə onu qurbanlıq kimi qabağa verib...