|
Ərdəbil Əyaləti Prokurorluğu şirkətlər tərəfindən kəsilən meşə ağaclarının Ərdəbil əyalətindən keçərək şimal əyalətlərinə daşınmasına qadağa qoyub.
Axar.az xəbər verir ki, bu barədə şəhər prokuroru Qazi Ətəbati məlumat yayıb.
"Qonşu əyalətlərin meşə ağacları şimal əyalətlərinə daşınır. Bizdə olan məlumata görə, bu ağaclar Ərdəbil əyalətinə daxil olur. Bundan sonra qaçaqmalçılara qarşı ciddi tədbir görüləcək.
Ağac daşıyan bütün yük maşınları yoxlanmalı, qaçaqmala rast gəlinirsə, dərhal zəbt olunmalı və bununla bağlı təşkil olunan dosye səlahiyyətli orqanlara göndərilməlidir”, - o bildirib.
Qeyd edək ki, qadağa qərarı azərbaycanlılar Qaradağ məntəqəsində çox sayda ağacın şimal (Gilan) bölgəsinin ağac şirkətləri tərəfindən kəsildiyinə etiraz etdikdən sonra verilib.