2017-ci ildə Azərbaycan məktəbliləri beynəlxalq fənn olimpiadalarında 2 qızıl, 6 gümüş, 30 bürünc olmaqla, ümumilikdə 38 medal qazanıblar.

Amma 2018-ci ildə olimpiada tipli suallara mindən çox müəllimin verdiyi cavab bu göstəricidən də aşağıdır. Çünki təhsil sistemində çalışanların, müəllimlərin nəticələri onlardan aşağıdır.

Bu sözləri Axar.az-a təhsil eksperti Kamran Əsədov bir neçə gündür müzakirə olunan “İstedadlı şagird üçün istedadlı müəllim” adlı müsabiqənin nəticələri, müsabiqədə iştirak edən müəllimlərin riyaziyyat, fizika, biologiya fənnindən göstərdiyi aşağı nəticə və Təhsil Nazirliyi nümayəndələrinin bu müsabiqə ilə bağlı bildirdiyi fikirləri şərh edərkən deyib.

Ekspertin sözlərinə görə, "İstedadlı şagird üçün istedadlı müəllim" müsabiqəsini keçirən Təhsil İnstitutunun (İnstitut uzun müddətdir ki, rəhbərsiz qalıb) saytında 29.11.2018 tarixli elan yerləşdirilib və orda iştirakçılara 3 saat ərzində kağız formatda 20 qapalı tipli test tapşırığının təqdim olunacağı yazılsa da (https://www.arti.edu.az/az/newsd/399-muallimlar-arasinda-musabiqa-kecirilacak), müsabiqədə riyaziyyat, fizika, biologiya fəninin hər birindən 25 test tapşırığı, kimyadan 30 test tapşırığı, informatikadan 20 test tapşırığı təqdim olunub. Ekspert bildirib ki, bu, təşkilatçıların nə qədər qeyri-peşəkar olmasının göstəricisidir:

“İştirakçılara deyilmişdi ki, sizə ixtisas fənnindən və çətinliyi artırılmış olimpiada tipli suallar təqdim olunacaq. Lakin nazirliyin əməkdaşları deyir ki, müəllimlər imtahana gələndə onlara necə sualların veriləcəyini bilmirdilər. Onlara xatırladım ki, BŞTİ qabaqcadan məktəblərə imtahanın könüllü olması, sualların məktəb proqramından kənar və xeyli çətin olacağı haqqında məlumat göndərib. Hətta iştirakçı müəllimləri yaxından məlumatlandırmaq məqsədi ilə onlara 2017-2018- ci il üçün keçirilən olimpiada suallarının nümunələri və olimpiada suallarının izahlı cavablarının olduğu xüsusi vəsait də təqdim edilib.

Müəllimlərin kifayət qədər məlumatı var idi ki, onları təkcə pul mükafatı gözləmir. Hətta imtahanda hər müəllim iştirak etmirdi, seçilmiş müəllimlər göndərilmişdi imtahana.

Nazirliyin “Müəllimləri tənqid edənlər heç olimpiada sualı görməyiblər” deyən əməkdaşı bildirir ki, bu müsabiqədə onlar yeni müəllim tanıyıblar. O, Neftçala rayonunun Xıllı qəsəbə 1 saylı orta məktəbin müəllimi Seyran Səfərovdur (adını o demədi, mənim müəllimim olduğu üçün yazıram).

Seyran Səfərov 1995-ci ildən indiyə kimi Rafiq Gözəlov adına Xıllı qəsəbə 1 saylı orta məktəbdə müəllim işləyir və indiyə qədər öz şəxsi vəsaiti hesabına yüzlərlə respublika, beynəlxalq olimpiada qalibi yetişdirib. Yəni sizin onu bu vaxta qədər tanımamağınız, indi tanımağınız sadəcə sizin təhsildən, olimpiadadan nə qədər xəbərsiz olduğunuzu göstərir. Seyran Səfərov əməkdar müəllimdir, bir neçə dəfə ilin ən yaxşı müəllimi müsabiqəsinin qalibi olub”.

K.Əsədov əlavə edib ki, müəllimlərdə yeni təfəkkür tərzi formalaşmır, onlar keçmişin təsirindən uzaqlaşmırlar, köhnə dünyagörüşlə işləyir:

“Təhsil müəssisələrinin rəhbərləri isə bu problemləri məktəb şuralarında, pedaqoji şuralarda müzakirə etmir, lazımi tədbirlər həyata keçirmirlər.

Söhbət şаgirdlərə akademik biliklər vеrməkdən dеyil, əmək vərdişləri, yaşamaq, dəyişən dünyaya uyğunlaşmaq bacarıqlarının aşılanmasından gedir”.

Ekspert bildirib ki, Təhsil Nazirliyi qədər müəllimlərə qarşı hörmətsizlik edən, onları təhqir edən ikinci bir qurum yoxdur:

“Nazirlik ancaq formallıq xətrinə müəllimləri tədbirə dəvət edir. Nazirlik onları DQ, MİQ imtahanları ilə bir-birinə qarşı qoyur, onların problemlərində yanında olmur”.

Bu günə qədər keçirilən olimpiadalarda göstərilən nəticələrin statistikasını yayan K.Əsədov bildirib ki, indi təhsil sistemində çalışanların nəticəsi olimpiadalarda iştirak edən şagirdlərin nəticələrindən aşağlıdır:

“2010-2016-cı illərdə beynəlxalq olimpiadalarda 111 medal qazanılıb. Ən çox medal riyaziyyat fənni üzrə əldə edilib. 2017-ci ildə keçirilən beynəlxalq riyaziyyat olimpiadalarında şagirdlər 1 qızıl, 8 bürünc medal, 2 həvəsləndirici sertifkart alıblar, amma 2018-ci ildə ali təsilli, neçə illik stajı olan müəllimlər o tipli suallara cavab verməkdə çətinlik çəkiblər.

Maraqlıdır ki, 2016-2017-ci tədris ilində Tailandda keçirilən 49-cu kimya olimpiadasında 1 qızıl, 1 gümüş, 1 bürüc medal qazanılıb. Amma 15 dekabrdakı imtahanda ali təhsilli müəllimlər bu nəticəni göstərə bilməyiblər müvafiq fənn üzrə.

2013-2017-ci illərdə beynəlxalq olimpiadalarda şagirdlər ümumilikdə 109 medal qazanıb. 1994-2017-ci illərdə 314, 2014-2015-ci tədris ilində 23, 2015-2016-cı ilində 28, 2016-2017-ci tədris ilində 38 medal qazanıblar.

2017-ci ildə Azərbaycan məktəbliləri beynəlxalq fənn olimpiadalarında 2 qızıl, 6 gümüş, 30 bürünc olmaqla, ümumilikdə 38 medal qazanıblar. Amma 2018-ci ildə olimpiada tipli suallara mindən çox müəllimin verdiyi cavab bu göstəricidən aşağıdır”.

Ekspert əlavə edib ki, hətta müəllimlərin olimpiada nəticələri ilə Diaqnostik Qiymətləndirmə nəticələrini müqayisə edəndə xoşagəlməz bir mənzərənin şahidi oluruq:

“2015-ci ildə Gəncə, Sumqayıt, Şirvan şəhərlərinin, Abşeron, Cəlilabad, Hacıqabul, Xaçmaz, İmişli, Qubadlı, Masallı, Saatlı, Sabirabad rayon məktəblərində çalışan 26 minə yaxın müəllimin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi keçirilib. 25.693 müəllimdən cəmi 28 nəfəri 100% nəticə göstərmişdi. 262 nəfər 10 faizdən aşağı nəticə toplamışdı”.

Qeyd edək ki, Təhsil Nazirliyinin keçirdiyi qapalı tipli test tapşırıqlarından imtahanda riyazıyyat müəllimlərinin 99 faizi, kimya müəllimlərinin 95 faizi, fizika müəllimlərin 94 faizi, informatika müəllimlərinin 90 faizi, biologiya müəllimlərinin isə 49 faizi test suallarının yarıdan çoxunu düzgün cavablandırmayıb.

23 Noyabr 2024 Azərbaycanda Bazar gününün havası açıqlandı
23 Noyabr 2024 COP29 iştirakçıları üçün PULSUZ ictimai nəqliyyat xidməti başa çatır
22 Noyabr 2024 Azərbaycanda “Əmək miqrasiyası kvotasının müəyyən edilməsi Qaydası” dəyişib
22 Noyabr 2024 Qazaxın işğaldan azad olunan kəndlərinə belə nəzarət olunur - FOTOLAR + VİDEO
22 Noyabr 2024 Tikinti işləri aparanların NƏZƏRİNƏ - 5 min manat CƏRİMƏLƏNƏCƏKLƏR
22 Noyabr 2024 DYP-dən küləkli hava ilə bağlı sürücülərə müraciət
22 Noyabr 2024 Elmi adlar ləğv edilə bilər - Nazirdən ŞOK SÖZLƏR!
21 Noyabr 2024 Əlillik pensiyası kəsilən şəxslər nə etməlidir? - Nazirdən açıqlama
21 Noyabr 2024 Azərbaycanda yaşayış minimumu davamlı olaraq artırılacaq - Rəsmi
21 Noyabr 2024 Nazir pensiyalarda proqnozlaşdırılan artımları açıqladı
21 Noyabr 2024 Daha 46 sayda avtobus marşrutunun fəaliyyəti bərpa edilir
21 Noyabr 2024 Baş nazirdən şəhid ailələri ilə bağlı YENİ QƏRAR
20 Noyabr 2024 Bakıda 3, 4 və 5 mərtəbəli binalar söküləcək - Bu ünvanlardan başlanacaq
20 Noyabr 2024 Jurnalistlərə müjdə: qanun müzakirəyə çıxarıldı
19 Noyabr 2024 Gələn il xalis minimum əməkhaqqı nə qədər olacaq? - Sahələr üzrə MƏBLƏĞLƏR
19 Noyabr 2024 Kirayə qalanların DİQQƏTİNƏ: Bunu etmək sizin üçün vacibdir
19 Noyabr 2024 Orta əmək pensiya 531 manat, yaşa görə orta pensiya 569 manat olacaq - Nazir
19 Noyabr 2024 Sosial yardım nə qədər artırılacaq? – Detallı izah
19 Noyabr 2024 Ardıcıl 6 gün iş olmayacaq - TARİXLƏR
19 Noyabr 2024 Kamaləddin Qafarov: “Ağdamın azad olunması müharibənin dönüş nöqtəsi idi”

Xəbər lenti