|
Bakının Xətai rayonu ərazisində qaz xəttində sızma baş verib.
Bu barədə Trend-ə açıqlamasında "Azəriqaz" İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbəlayev deyib.
Mətbuat xidməti rəhbərinin sözlərinə görə, baş verən qaz sızması nəticəsində Xətai rayonunun bir hissəsinə təbii qazın verilişi dayandırılıb:
"Hazırda ərazidə təmir işləri davam etdirilir. Yaxın saatlarda təmir işləri başa çatacaq və həmin ərazilərə təbii qazın verilişi bərpa ediləcək".