Feysbuk dostlarımdan biri belə bir paylaşım edib:

Salosyan soyadlı erməni üç il ərzində yarım milyon yəhudi qətlə yetirib. O, səhər yuxudan oyanandan gecə yatana qədər insan qətl edirdi. Bu tarixi fakt dünya ictimaiyyətindən gizlədilir.

Axar.az faktı araşdırmaq üçün Moskvada yaşayan həmyerlimiz, əməkdar elm xadimi, alim Kamran Rüstəmova müraciət edib.

Onun sözlərinə görə, Nasist Almaniyasının tarixində həqiqətən Salosyan soyadlı SS zabitinə rast gəlinir:

“Budapeşt məhkəməsinin sənədləri və materialları var ki, İkinci Dünya müharibəsi dövründə nasist rejiminin təyin etdiyi SS zabiti erməni F.Slosyan (Salaşi) təxminən yarım milyon Macarıstan yəhudisini öldürüb”.

Açıq mənbələrdən referans: Erməni nasist qoşunları Almaniya ordusunun ayağının olduğu hər yerdə yəhudi əhalisinin məhv edilməsində fəal iştirak edib. Dünya Müharibəsinin əvvəllərində Almaniya Reyxinin xidmətində 27 min erməni əsgəri dururdu. Onlardan üç mini SS və “Abver” kəşfiyyat xidmətində fəaliyyət göstərirdi.

Dro və Njdenin erməni nasist legionları yaradılmışdı və onlarla birlikdə Avropada, Amerikada məlumat toplayan iki böyük kəşfiyyat mərkəzi, həmçinin nasist Almaniyasının işğal etdiyi ölkələrdə yəhudi əhalinin məhv edilməsi ilə məşğul olan və cəbhə xətlərində fəaliyyət göstərən qruplar da var idi.

Rüstəmovun sözlərinə görə, bu barədə bir sıra elmi tədqiqatçılar yazıb. Məsələn, avstriyalı tədqiqatçı E.Fayql qeyd edib: “Faşistlərin tərəfindəki erməni cəza diviziyaları, əlbəttə ki, yəhudiləri məhv etmək məqsədi daşıyırdı”.

Bir başqa tədqiqatçı S.Uimmsin fikrincə, Üçüncü Reyxin insanlığa qarşı cinayətlərinin həyata keçirilməsində ermənilərin (əsasən, peşəkar qətllər, aldadıcılar, cinayətkarlar) 100-dən çox nümayəndəsi iştirak edirdi.

Qeyd etmək lazımdır ki, açıq mənbələrdə yəhudiləri məhv edən başqa bir erməni haqqında da məlumatlar var. Bu, erməni nasist general Drastamat Kanayan və ya Daşnak Drodur.

Bu barədə Vikipediyada yazılıb:

“II Dünya müharibəsi zamanı Kanayan Qaregin Njde ilə birlikdə faşistlərin tərəfində döyüşür və erməni hərbi birləşmələrinin təşkilində fəal iştirak edir. O, kəşfiyyat və diversiya məqsədləri üçün ermənilərdən ibarət və fəaliyyəti Simferopolda yerləşən "Dromedar" təşkilatı tərəfindən koordinasiya edilən qruplar yaradır, bu təşkilata rəhbərliyi bilavasitə həyata keçirir. 1945-ci ildə amerikalılar tərəfindən həbs olunur, 1956-cı il 8 mart tarixində ölür. ABŞ-da, Bostonda basdırılır”.

Təsəvvür edin ki, 2000-ci ilin may ayının sonunda dövlət səviyyəsində yüzlərlə günahsız insanı qətlə yetirən bu faşistin qalıqları Ermənistana gətirilib və müharibə qəhrəmanlarının yanında dəfn olunub.

Njdeyə hətta Ermənistanda abidə də qoyulub.

21 Aprel 2025 Xarici banklar Bakı metrosu üçün kredit ayıra bilər
21 Aprel 2025 Sabah 27 dərəcə isti oIacaq
21 Aprel 2025 Leyla Əliyeva görmə qabiliyyəti məhdud şəxslər üçün məktəbdə - Fotolar
21 Aprel 2025 Leysanda o yolları bağlayın - Merdən çıxış yolu təklifi
21 Aprel 2025 Bu ödənişləri gecikdirsəniz də, adınız - “Qara siyahı”ya düşməyəcək
21 Aprel 2025 Sarıcalı və Ballıca kəndlərinə növbəti köç karvanı yola salındı
19 Aprel 2025 Daha bir qanunsuz tikili söküldü - Video
18 Aprel 2025 Azərbaycanda yeni fırıldaq növü yayılıb: "Kabus toxunuşu" - DİQQƏT
18 Aprel 2025 İtkin şəhidimiz dəfn olundu - FOTOLAR
18 Aprel 2025 Sabah 22 dərəcə isti oIacaq
18 Aprel 2025 Səhhəti pisləşən qaziyə yol polisi kömək etdi - Video
18 Aprel 2025 Hikmət Mirzəyevə ağır itki
18 Aprel 2025 Xankəndinin Baş planı hazırlanır
18 Aprel 2025 Həccə getmək niyə bizdə baha, qonşu ölkələrdə ucuzdur? - AÇIQLAMA
17 Aprel 2025 Kartdan pul oğurlanır: banklar heçmi məsuliyyət daşımır?
17 Aprel 2025 Şamaxı-Qonaqkənd avtomobil yolu zərər gördü – Təcili bərpa işləri başlanılıb
17 Aprel 2025 2 milyard manat ayrılır – Bu şəxslərin maaşı artırıla bilər
17 Aprel 2025 ADY-nin bütün qatarları qrafik üzrə hərəkətini davam etdirir.
17 Aprel 2025 Kamaləddin Qafarov: “Azərbaycan-Gürcüstan əməkdaşlıq əlaqələri daim genişlənir”
16 Aprel 2025 “Qatarların hərəkət cədvəlində hər hansı dəyişiklik yoxdur” - ADY

Xəbər lenti