Sabah ölkədə müşahidə olunacaq hava şəraiti ilə əlaqədar olaraq, dünən Azərsu ASC və rayon su-kanal idarələrinin rəhbərləri ilə geniş iclas keçirilib.

Lazımi tapşırıqlar verilib. Həmin günlər rayon su-kanal idarələri və Azərsu ASC gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

Bu sözləri Axar.az-a Azərsu ASC-nin mətbuat katibi Anar Cəbrayıllı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin bu gecədən etibarən ölkə ərazisində müşahidə olunacaq soyuq hava, güclü külək və çovğun xəbərdarlığı ilə əlaqədar olaraq sözçüsü olduğu qurumun gördüyü işlər barədə danışarkən bildirib.

A.Cəbrayıllı qeyd edib ki, təmsil etdiyi qurumun bütün heyəti iş başında olacaq:

“Bakıda temperatur +2 dərəcəyə qədər düşəcək. Şaxta gözlənilmir. Ancaq fövqəladə, güclü küləyin olacağı bildirilib. Bununla bağlı dünən Azərsu ASC və rayon su-kanal idarələrinin rəhbərləri ilə geniş iclas keçirilib. Lazımi tapşırıqlar verilib.

Bilirsiniz ki, Azərsu ASC bəzi yerlərdən suyu nasoslarla vurur. Bu səbəbdən nasosxanalar da gücləndirilmiş iş rejimində çalışacaq”.

Qurum sözçüsü bildirib ki, əhalinin, xüsusilə Bakı şəhərinin fasiləsiz olaraq əvvəlki qaydada içməli su ilə təmin edilməsi üçün qurum tam gücü ilə çalışacaq.

Yeri gəlmişkən bildirək ki, sabah Bakıda +2 dərəcə temperatur gözlənilsə də, əhalini ən çox narahat edən su borularının donmasıdır. Suyun donması üçün -1 dərəcə temperatur lazım olduğunu nəzərə alsaq, deyə bilərik ki, sabah Bakı əhalisini belə bir problem gözləmir.

Lakin istənilən fövqəladə hala qarşı mütəxəssislər müəyyən məsləhətlər verib.

Mütəxəssislərin fikrincə, evlərə gedən suyun donmaması üçün şaxtalı havalarda su krantını azacıq açıq saxlamaq kifayət edir. Hətta beşmərtəbəli binada iki mənzildə suyun açıq qalması kifayət edir ki, su boruları donmasın.

Əhali şaxtalı havada suyun donmasını, boruların partlamasını istəmirsə, xətləri açıq qoymalıdır.

Həmçinin su sayğacı açıq havada, bayırda quraşdırılan sakinlər sayğacları qorumalıdır ki, su donmasın.

Əgər su borusu donubsa, vətəndaşlar qaynar suyu donmuş borunun üzərinə tökməklə 3-5 metrlik hissəni açıb, suyla təminatı bərpa edə bilər.

21 Aprel 2025 Xarici banklar Bakı metrosu üçün kredit ayıra bilər
21 Aprel 2025 Sabah 27 dərəcə isti oIacaq
21 Aprel 2025 Leyla Əliyeva görmə qabiliyyəti məhdud şəxslər üçün məktəbdə - Fotolar
21 Aprel 2025 Leysanda o yolları bağlayın - Merdən çıxış yolu təklifi
21 Aprel 2025 Bu ödənişləri gecikdirsəniz də, adınız - “Qara siyahı”ya düşməyəcək
21 Aprel 2025 Sarıcalı və Ballıca kəndlərinə növbəti köç karvanı yola salındı
19 Aprel 2025 Daha bir qanunsuz tikili söküldü - Video
18 Aprel 2025 Azərbaycanda yeni fırıldaq növü yayılıb: "Kabus toxunuşu" - DİQQƏT
18 Aprel 2025 İtkin şəhidimiz dəfn olundu - FOTOLAR
18 Aprel 2025 Sabah 22 dərəcə isti oIacaq
18 Aprel 2025 Səhhəti pisləşən qaziyə yol polisi kömək etdi - Video
18 Aprel 2025 Hikmət Mirzəyevə ağır itki
18 Aprel 2025 Xankəndinin Baş planı hazırlanır
18 Aprel 2025 Həccə getmək niyə bizdə baha, qonşu ölkələrdə ucuzdur? - AÇIQLAMA
17 Aprel 2025 Kartdan pul oğurlanır: banklar heçmi məsuliyyət daşımır?
17 Aprel 2025 Şamaxı-Qonaqkənd avtomobil yolu zərər gördü – Təcili bərpa işləri başlanılıb
17 Aprel 2025 2 milyard manat ayrılır – Bu şəxslərin maaşı artırıla bilər
17 Aprel 2025 ADY-nin bütün qatarları qrafik üzrə hərəkətini davam etdirir.
17 Aprel 2025 Kamaləddin Qafarov: “Azərbaycan-Gürcüstan əməkdaşlıq əlaqələri daim genişlənir”
16 Aprel 2025 “Qatarların hərəkət cədvəlində hər hansı dəyişiklik yoxdur” - ADY

Xəbər lenti